Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2018

İranın "Səhər" kanalı yoxsa öz televiziyamız uşaqlarımız üçün yararlıdır?

Bizim kanallar alçaq şoular göstərmək, bu şoularda bir-birinin ətini didmək, ara vurmaq, fırıldaq etmək, əxlaqsızlıq nümayiş etdirməkdən savayı heç nə bacarmır
İranın heç digər fars dilli kanallarını demirəm, Azərbaycan dilində olan "Səhər" kanalı ilə bizim kanallarımızı müqayisə etsək görərik ki, öz kanallarımız xəyanətdən başqa bir şey deyil. Əslində yazının başlığında diqqəti uşaqlarımıza çəkdik. Təbii ki, öz kanallarımız dövlətə, xalqa, dövlətçiliyə, vətənə, əsgərə, torpağa, nemətə xəyanət etməklə məşğuldur. Amma nə üçün uşaqları xüsusilə qeyd etdik? Çünki bizim kimi sovetdən qalan yaşlı nəsildən artıq keçib. Bizə olan olub. Ömrümüzün bir hissəsini sovet hökümətində keçirib yarı dindar, yarı dindən xəbərsiz halda yaşamışıq. Hərçənd sovet hökümətinin vaxtında efirə gedən uşaq verilişləri də böyüklər üçün nəzərdə tutulan proqramlar da bu gün müstəqil Azərbaycandakı kanallardan qat-qat imanlı, mənəvi, səmərəli idi. Əxlaqımızı isə sovet dağılandan sonra əvvəlcə Türkiyənin kanalizasiya adına layiq olan proqramları korladı, ondan sonra da bədbəxt olmuş millətin əxlaqı yerli kanalların alçaqlığı, əxlaqsızlığı ucbatından darmadağın oldu.

Amma bura qədər nə olub "cəhənnəmə" deyib keçdik, arzu etdik ki, heç olmasa balalarımız düzgün tərbiyə alar, efirdə əxlaqlı, mənəviyyatlı verilişlərə rast gələrik. Digəl ki, 180 dərəcə əksinə oldu. Bu gün Azərbaycanda əgər telekanalizasiya adını almış kanallara və oradakı nəcasət püskürən verilişlərə baxan insanlar varsa onlar da çarəsizlik deyib ekran qarşısında oturublar. Əlbəttə bilərəkdən, sevərək belə telekanalizasiyaları izləyən insanlar da var. Əslinə qalanda "Bu Şəhərdə", "Maşın şou" kimi nadan, bivec, özündə müsbət heç nə ehtiva etməyən verilişləri "hörmətli" edən elə bəzi insanlarımızdır. Məhz buna görə də, gözümüzü ancaq balalarımıza dikmişik. Heç olmasa onları mümkün qədər bu cür səviyyəsiz kanallardan uzaq tutmağa çalışaq. Çünki onlar deyil bu alçaq verilişləri baxımlı edən.

Azərbaycanlılar arasında İranın "Səhər" kanalına baxan insanlarımız çoxdur. Demək olar bu insanların 99 faizini inanclı insanlar təşkil edir. İranda dini dövləti bəyənməyən, süqutunu arzu edən bəzi nadanlar yalandan oradakı türk soydaşlarımızın "əziyyət" çəkməsini tez-tez dilə gətirsələr də, bircə dəfə "Səhər" kanalına baxmaq istəmirlər. Çünki bu kanalda ABŞ-da oturan şah ailəsini, İrandan xaricə qaçan ara vuranları deyil, dini, dindarları nümayiş etdirirlər.

"Səhər" kanalının həm böyüklər, həm uşaqlar üçün maraqlı, ən əsas mənəvi, əxlaqi verilişləri vardır. Şəxsən bu kanal bizim uşaqlarımızın, yəni gənc nəslimizin, yəni Azərbaycanımızın, əsgərimizin, dövlət keşikçimizin qayğısına bizim telekanalizasiya adını özünə götürən kanallarımızdan çox yaxşı qalır. Bizim kanallar alçaq şoular göstərmək, bu şoularda bir-birinin ətini didmək, ara vurmaq, fırıldaq etmək, əxlaqsızlıq nümayiş etdirməkdən savayı heç nə bacarmır. Xalqın düşməni olan alçaq və nadan insanlar bu işi bilərəkdən həyata keçirir. Amma İranın "Səhər" kanalı həm dini filmlər, həm mənəvi, intellektual verilişlər efirə verir. Tez-tez şəhid ailələri nümayiş etdirilir. İnsanlarda vətənpərvərlik hissini daim canlı saxlayırlar. Hətta Azərbaycan kanallarında ildə bir dəfə vətəndən söz saldıqları halda "Səhər" kanalında Qarabağ, Azərbaycan məsələləri işıqlandırılır. Çünki Azərbaycan həqiqətlərini Azərbaycanda zalım insanlar gizlədə bilsələr də başqa mənbələrdən həqiqətləri öyrənmək mümkündür.

Əlbəttə vicdanını itirmiş insanlar, əti-qanı şou bizneslə yoğrulmuş məxluqlar bu cür pak kanalların qədrini bilməz. Amma biz ümid edirik ki, öz doğma ölkəmizdə də vaxt gələcək səhər açılacaq, zülmətdən qurtulan xalq öz mənəvi, əxlaqi, islami televiziyasına qovuşacaq. İnşallah.


1606 بازدید
در حال ارسال اطلاعات...