Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2018

Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir

Qiyamət günü şahidlik etmək heç də dünyada əməllərdən xəbərdar olmaq, onları bilmək demək deyil
فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا

"Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) necə olacaq?" (Nisa, 41).

İzah: Bu ayəyə görə İslam peyğəmbəri (s) başqa peyğəmbərlər kimi yalnız öz ümmətinə yox, həm də digər keçmiş peyğəmbərlərin əməllərinə şahiddir. (“هَٰؤُلَاءِ” (haulai) əvəzliyi rəvayətlərə görə keçmiş ümmətlərin şahidlərinə, yəni keçmiş peyğəmbərlərə aiddir.) Bu, o həzrət (s) üçün çox böyük bir fəzilətdir. Quranda əməllərə şahid olmaqda məqsəd əməllərin mahiyyətini və batinini bəyan etməkdir. Odur ki, ilahi peyğəmbərlər və övliyalar – hamısının başında isə kamil insan və ən üstün məxluq olaraq İslam peyğəmbəri (s) – elə bir məqama malikdirlər ki, bəndələrin həqiqətini və batinini müşahidə edə bilir, Qiyamətdə əməllərə şahidlik edənlər sırasında yer alır və onların yaxşı və ya pis insan olmasına şəhadət verirlər. Qiyamətdə əməllərin digər şahidləri yer, bədən üzvləri, mələklər və s.-dir. Qeyd edək ki, Qiyamət günü şahidlik etmək heç də dünyada əməllərdən xəbərdar olmaq, onları bilmək demək deyil.

Hədis: İmam Sadiq (ə): “Bəndələrin bütün əməlləri – istər yaxşılar olsun, istər pislər, – hər gün səhər Allah rəsuluna (s) məruzə edilir.” (Kafi, c. 1, səh. 219, hədis: 1).


352 بازدید
در حال ارسال اطلاعات...