Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Oktyabr 2018

İran düşməndən qisas aldı, biz hələ bilmirik Qarabağı rusdan alaq, ya ermənidən

30 ildən sonra ayılmışıq ki, vaaay, sən demə Qarabağın açarı erməninin deyil, rusun əlindədir.
İranın imanlı xalqı İslam İnqilabı etməklə əvvəlcə xəbis Pəhləvi xanədanından özünə edilən zülmlərin qisasını aldı. Daha sonra başqa bir xəbisin, İraq diktatoru Səddam Hüseynin onunla apardığı 8 illik müharibədə öz şəhidlərinin qisasını alaraq düşmənin işğal etdiyi torpaqları hər qarışına qədər geri aldı. O tarixdən bu yana hər dəfə İrana düşmən həmlələr edəndə ağır cavablar alır. Sonuncu dəfə isə Əhvazda parad zamanı terrorçuların törətdiyi terrorun cavabını verməklə şəhid olanların qisasını aldı. İsrail səfirliyinin nökərçiliyini edən "Axar" saytı hər dəfə axıb İsrail dəyirmanına tökülməsinə baxmayaraq Netanyahonun İranın qüdrətini hər dəfə etiraf etdiyi kimi xəbər dərc edərək bildirib ki, İran Əhvazın qisasını alıb. Xəbərdə deyilir: "İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın olan Press TV yayıb. Raket zərbəsi nəticəsində çox sayda terrorçunun öldürüldüyü bildirilib. Qeyd edək ki, Əhvazda hərbi paradın atəşə tutulması nəticəsində 25 nəfər ölmüşdü. İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyada raket zərbəsini İŞİD-in mövqelərinə endirilib. SEPAH-ın Suriya ərazisini İrandan “Zülfüqar” raketləri ilə, 750 kilometr uzaqlıqdan vurub. Hələlik məhv edilən terrorçuların sayı haqqında heç bir açıqlama verilməyib." Bu İranla bağlı sevindirici xəbər.
Bizim ölkədə baş verənlərlə bağlı xəbərlərə nəzər salmaq isə ürək bulandırır. Ən səviyyəli hesab edilən saytlar, qəzetlər bütün günü şou-bizneslə bağlı xəbərlər dərc edir. Ekranda bütün günü abırsız müğənnilərin davalarından danışılır. Bilərəkdən ölkədəki həqiqi vətənpərvərləri, imanlı insanları, gəncliyimiz sayılan uşaqlarımızı korlamağa çalışırlar. Bilərəkdən bu xalqı biqeyrət, imansız, qorxaq etməyə çalışırlar. Harda binamus, biqeyrət vəziyyətlər var gətirib kanallarda, saytlarda reklam edib yeddi arxa dönənlərini söydürürlər.
İran bizim bəzi israilpərəstlərin nəzərində guya geridə qalmış dövlət hesab edilir. Nədir ki, İslam dövlətidir. İslamı isə 14 əsr əvvəlin dini hesab edənlər deyir ki, bu ölkədə müasirlik adına heç nə yoxdur. Elm, texnika bu ölkədə çox geridə qalıb. Amma həmin adamların öz yaxın qohum-əqrəbası Allah bilir müalicə üçün İrana gedir. İran dövləti isə İslamı heç də geridə qalmış din hesab etmir. Əksinə, İslami olduğu üçün fəxr edir. 14 əsr əvvəl yaşamış Həzrət Əlinin (ə) İslam düşmənlərinin atasını yandıran qılıncının – Zülfüqar adlı qılıncın şərəfinə eyni adlı raketlə terrorçuları qəbrə qoyub.
Biz nə edirik? Bizim Qarabağ məsələsi artıq yeni müstəviyə keçib. İndi Ermənistanda Paşinyan dövrü başlayıb. 30 il Sərkisyan, Köçəryanla bir qələt edə bilmədik, indi "məşhur üçlükdən" cəmisi biri – Ermənistan tərəfi dəyişib. İndi yeni dövr başlayıb. Paşinyan da qocalana qədər bir 10 il də beləcə yola verəcəyik gedəcək.
İndi yeni müstəvidə Qarabağ məsələsi müzakirə edilir. 30 ildən sonra ayılmışıq ki, vaaay, sən demə Qarabağın açarı erməninin deyil, rusun əlindədir. Bir sözlə, bəyənmədiyimiz İran düşməndən qisas aldı, biz isə hələ də bilmirik ki, Qarabağı ermənidən alaq, yoxsa rusdan.
Əslində bəlkə də bundan böyük rüsvayçılıq bizim başımıza gəlməyəcək. Qarabağ bizim torpağımızdır. Amma indiyədək Qarabağ erməninin əlində idi, indi məlum olub ki, demə Qarabağın açarı rusun əlindədir.
İranın inkişafının səbəbi dünyəvi deyil, İslami Respublika olmasıdır. Baxın görün necə öz vətəndaşına, şəhidinə qiymət verib qisas aldı. Ona bu cür qeyrətli olmağı əziz İslam dini öyrədib. Bu xalq illərdir İmam Hüseyn (ə) əzası saxlayan xalqdır. Bu gün qisas alan insanlar vaxtılə İmam Hüseyn (ə) matəmlərində böyüyən uşaqlardır. Bu xalq öz şəhidlərinin Kərbəla şəhidləriylə məşhur olması üçün dualar edir. Bizdə isə Qarabağa "tüpürənlər" uşaqlarımızın şəhadət ruhunda böyüməsini istəmədiyi üçün məscidlərə uşaqların girişini qadağan edir, ruhanisini, hüseynçisini həbs edir. Bununla da ortada paradoks əmələ gəlir. Yəni bir tərəfdən şəhidlərin qisasını düşməndən almaq istəyirik, digər yandan şəhidlər ağasının matəmlərinə əl uzadırıq. Amma unuduruq ki, bu müqəddəs məclislərə uzanan xəbis əllər həmişə kəsilib.


149 بازدید
در حال ارسال اطلاعات...