Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Oktyabr 2018

Allahın bənzərsizliyi

Allah elə sifətlərə malikdir ki, Onun belə bənzətmə və vəsfdən pak olmasını göstərir
لَيْسَ كَمِثْلِهِ شَيْءٌ
"Onun heç bir bənzəri yoxdur." (Şura, 11).

İzah: Allah-Taala Quranda elm, qüdrət və s. kimi sifətləri özünə isnad etmişdir ki, onların nümunəsini insanlarda da görə bilirik. Amma diqqət etmək lazımdır ki, insan sifətləri ilə ilahi sifətlər arasında fərq var. Çünki insan sifətləri əksər hallarda bir növ qüsur və məhdudluqla birgə olur ki, Allahın zatında onlara yer yoxdur. Buna görə də Allah elə sifətlərə malikdir ki, Onun belə bənzətmə və vəsfdən pak olmasını göstərir. Allahla bağlı qüsur və çatışmazlığı inkar edən sifətlərə “inkari sifətlər” (səlbi sifətlər) deyilir. Məsələn, görünməmək, cisim olmamaq, şəriki olmamaq və s. Allahın bütün inkari sifətləri “bənzərsizlik”lə ifadə olunur. İnkari sifətlər Allahın “iqrari sifətləri”nin (sübuti sifətlər) müqabilində yer alır ki, Allahın xüsusi kamalını sübut edir. Məsələn, Alim, Həyy, Qadir və s. Qeyd etmək lazımdır ki, Allahın sübuti və səlbi sifətlərinə calal və camal sifətləri də deyilir.

Hədis:
İmam Rza (ə) – Allahı tanımağın ən aşağı həddi haqqında suala cavab olaraq – : “Allahı tanımağın ən aşağı həddi Onun (zat və sifətlərdə) bənzəri və misli olmamasına inanmaqdır.” (Kafi, c. 1, səh. 86, hədis: 1).


312 بازدید
در حال ارسال اطلاعات...