Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2018

Allahın zülm etməsinin inkarı

Allah hikmət və elm sahibi olduğu üçün əsla qəbahətli və pis iş görməz
إِنَّ اللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا

"Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər." (Nisa, 40).

İzah: Allahın ədalətinə – kəlam kitablarında izah olunduğu şəkildə – inam şiə məzhəbinə xasdır. Bu inam insan ağlının müstəqil şəkildə pis və yaxşını (məsələn, ədalətin yaxşı olmasını və zülmün pis olmasını) ayırd etmək iqtidarında olması və bu kimi hallarda şəriət hökmünə ehtiyac olmaması prinsipinə dayanır. Buna görə də hökm edir ki, Allah hikmət və elm sahibi olduğu üçün əsla qəbahətli və pis iş görməz. Ədalətdə məqsəd odur ki, hər şey layiq olduğu şəkildə öz yerində işlənsin. Onun əksi zülmdür. Bu mənada bütün yaxşı işlər – öz yerlərində qərarlaşmaq baxımından - ədalətin nümunəsi, bütün pis işlər isə - öz layiqli yerindən çıxmaq baxımından – bir növ zülm hesab olunur. Allahın zülm etməməsinin sübutu odur ki, hər bir zülmün əsas mənşəyi ya acizlikdir, ya da cəhalət. Bir halda ki bu iki qüsurun heç biri Allahın zatında yoxdur. Demək, Allahın zülm etməsinə bir səbəb qalmır.

Hədis: İmam Sadiq (ə): “Kim Allahın qəbahətli iş tutmasını güman etsə, Ona yalan isnad etmişdir.” (Kafi, c. 1, səh. 156, hədis: 2).


245 بازدید
در حال ارسال اطلاعات...