Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2018

Peşmançılıq günü

İndi onlar hələ qəflətdədirlər...
وَأَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ

"Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər." (Məryəm, 39).

İzah: “Peşmançılıq günü” Qiyamət günü insanların çoxunun peşmaçılıq və təəssüf içində olacağını göstərən ən ifadəli addır. Kafirlər öz küfr və azğınlıqlarından, günahkar möminlər bəzi əməllərində günah və Allaha asilikdən, hətta bəzi əməlisaleh möminlər ibadətlərinin az olmasından peşmançılıq duyacaq və təəssüf edəcəklər. Yuxarıdakı ayə ən gözəl ifadə ilə kafir və qafillərin o gün peşman olacağından xəbər verir.

Hədis: İmam Baqir (ə): “Peşmançılıq günü o gündür ki, ölüm insanların qarşısında bir qoyun surətində aşkar olacaq və kəsiləcək. Sonra Cənnət və Cəhənnəm əhlinə deyiləcək: “Burada əbədi olaraq qalın. Çünki artıq ölüm yoxdur”. O zaman Cənnət əhli o qədər şad olacaq ki, o gün (aralarında) ölü olsaydı, dirilərdi. Cəhənnəm əhli elə peşmançılıq çəkəcək ki, əgər o gün ölmək mümkün olsaydı, hamısı ölərdi.” (Biharul-ənvar, c. 8, səh. 345, hədis: 2).


142 بازدید
در حال ارسال اطلاعات...