Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Yanvar 2019

Əsgər postda polisi ermənidən qoruyur ki, polis onun valideyninə erməni sifəti göstərsin?

Əsgər qəzəblənsə zalımlar, fırıldağçılar, vətən xainləri girib gizlənməyə dərmə-deşik axtaracaqlar
Bir ölkənin güc strukturu olan nazirliklərindən biri Müdafiə Nazirliyi, digəri isə Daxili İşlər Nazirliyidir. Birincisi dövləti xarici təhlükədən qoruyursa ikincisi daxili təhlükəni dəf etməlidir. Müdafiə Nazirliyinin onurğasını əsgərlərimiz, Daxili İşlər Nazirliyinin isə polislər təmsil edir. Amma Azərbaycanda bu gün heç kimə gizli deyil ki, əsgər gedən, postda soyuqdan donan, düşməndən vətəni qoruyan yetim-yesir, kasıb-küsub balasıdır. O da aydındır ki, ölkədə "paqon" daşıyan polislər isə yekəqarın, harınlamış, vətəndaşla "it" kimi rəftar etməklə qədimdən bəri onlara yapışdırılan adın – it adının haqqını layiqincə ödəməyə çalışan insanlardır. Əlbəttə hər iki dəstədə yaxşı və pis insanlar mövcuddur. Amma məsələ bundan ibarətdir ki, əsgər gedənin yetim-yesir balası olması hamıya gün kimi aydındır. Eyni zamanda polislərin də vəziyyəti gün kimi aydındır.

Əlbəttə bir Azərbaycan vətəndaşı olaraq biz hamımız polislərimiz haqqında fəxrlə danışmaq istərdik. Onlara "it", polis bölməsinə "itxana" demək əvəzinə daha çox hörmət etməli idik. Amma onlar özləri özlərini bu vəziyyətə salırlar. Belə ki, polislər etiraz edən insanları dörd-dörd, beş-beş küçədən maşına yığıb aparanda, susdurmağa çalışanda sifətlərindəki qəddarlığı görməyənimiz demək olar ki, yoxdur. Hamıya bəllidir ki, onlar vəzifədən azad edilməmək, həbs təhlükəsiylə üzləşməmək, "zibillərinin" açılmaması üçün vətəndaşa atəş açıb öldürməyə belə dünəndən razıdırlar. Düzdür, polsilərə aid olan əlamətdar günlərdə, dövlət tədbirlərində polsilərimiz o ki var öyülür, tərif və mədh edilir. Amma xalqın gözü tərəzidir. Xalq gözəl bilir ki, bu insanlar – polislər əksəriyyət etibariylə rüşvətxor, xalqın qanını sovuran, savadsız, xalqın düşməni, xəyanətkar insanlar kimi tanınır.
Postda vətəni, dövlət sərhədlərini düşməndən qoruyan əsgərlər buna görə hərbi xidmətə yollanmırlar ki, onların ata-anasına qarşı polislərimiz erməni rəftarı ortaya qoysunlar. Bilirsiniz ki, Azərbaycanda illər əvvəl dəfələr, ardıcıl olaraq "şəhidlər ölməz, vətən bölünməz" şüarları ilə aksiyalar keçirilirdi. Bu aksiyalar əsgər ölümləri əleyhinə təşkil olunurdu. Ora yığılan insanlar arasında əsgər balası ölən analar da mövcud idi. Onları isə polislər necə incidirdi – bu da hamıya aydındır.
Bircə bunu demək kifayətdir ki, əsgərlər arasında mərhum şəhid Mübariz İbrahimov kimi (məqsəd vətəni qoruyan igid hərbçidir) qəhrəmanlar vardır, DİN işçiləri arasında isə Hacı Məmmədov kimi alçaq xislətli, ermənidən betər simalar.

Təbii ki, nəinki Hacı Məmmədov, Akif Çovdarov, Ramil Üsubuv, Mədət Quliyev, Eldar Mahmudov – hətta onların ağaları belə əsgərlərin onları boş buraxması səbəbiylə Bakıda meydan sulayırlar. Yoxsa postu müdafiə edən əsgər dağdan enib Bakıya gəlib bu tiplərin "tikəsini qulağı boyda eləsə" bunlar bir də bu cür qələtlər edə bilməzlər.
Qonşu Türkiyədə ordunun öz mövqeyi vardır. Hətta Cüumhuriyyət qurulan andan bu günə qədər nə qədər hərbi ixtilaflar (çevrilişlər) baş vermişdir. Belə məqamlarda əsgər nəinki polisin, heç prezidentin gözünün yaşına belə baxmır. Vəziyyət bu həddə çatanda prezidenti nə şəxsi mühafizə xidməti, nə polislər, nə DİN naziri, nə də mtnşiklər qoruya bilmir.
Bizim polislərə xalq tərəfindən, şəhid anaları tərəfindən deyilən ən məşhur söz – "belə kişisiniz, hünəriniz varsa gedib erməniyə güc göstərin" sözüdür. Çox yerli-yerində qeyd edilən sözdür. Əsgər bala isə mərdanə bir şəkildə düşmən önündə sinəsini sipər edib, gücünü Bakıda zəif qadına deyil, səngərdə erməni əsgərinə göstərir.

Biz polis qüvvələri ilə əsgərlərin üz-üzə gəlməsinin tərəfdarı deyilik. Oxuculardan kimsə bizim dediklərimizdə təxribat xarakterli fikirlərin olduğunu söyləyə bilməz. Bu, bizə qarşı açıq bir iftira hesab edilə bilər. Sadəcə demək istəyirik ki, polsilər, onların ata-anaları, rəisləri, onlara maaş verənlər, bütövlükdə dövlət, vətən, xalq, sərhəd, sərvət əsgərlərin vasitəsiylə, onların qanı bahasına qorunub saxlanılır. Bu isə ona görə deyil ki, harınlamış polsilər şəhid olanların ailələrinə, ata-analarına qarşı ehtiramsızlıq etsinlər. Əsgər qəzəblənsə zalımlar, fırıldağçılar, vətən xainləri girib gizlənməyə dərmə-deşik axtaracaqlar. Odur ki, əsgəri qəzəbləndirmək olmaz.


985 بازدید
در حال ارسال اطلاعات...