Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Fevral 2019

Quranın təhrif olunmaması

Quranın təhrif olunmamasının dəlilləri həm əqlidir, həm də nəqli
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

"Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu (təhrifdən) qoruyacağıq." (Hicr, 90).

İzah: Müsəlmanların müqəddəs kitabı Quran yeganə səmavi kitabdır ki, bəşər ona toxuna (onu dəyişə) bilməmiş, ilahi kəlamı heç bir dəyişiklik olmadan, artırılıb-əskilmədən özündə toplamış və bəşəriyyətin ixtiyarına vermişdir. Təhrif iki növ olur: sözün təhrifi və mənanın təhrifi. Sözün təhrifi mətnin söz və ifadələrinin dəyişdirilməsi, mənanın təhrifi isə yanlış və şəxsi izahdır. Quranın təhrif olunmamasının dəlilləri həm əqlidir, həm də nəqli. Əqli dəlil odur ki, İslam dini sonuncu din, Quran isə sonuncu və Qiyamətə qədər bütün bəşəri ehtiyacları ehtiva edən səmavi kitabdır. Buna görə də mətni təhrifdən amanda qalmalıdır ki, hamı onun nurani mənbəyindən faydalana bilsin. Nəqli dəlil isə tarixi sübutdan və ayələrin hər birinin mütəvatir olmasından başqa, bu ayədir. Belə ki, Allah onda Özünü Quranın təhrifdən qoruyan kimi təqdim etmişdir. Quranın təhrif olunmamasının başqa bir dəlili isə Quranı Qiyamətə qədər bəşəriyyət üçün hidayət çırağı adlandıran rəvayətlərdir.

Hədis: İmam Əli (ə): “Allah-Taala Quran kitabını Peyğəmbərə (s) sönməyən nur və işığı kəsilməyən çıraq olaraq nazil etdi.” (Nəhcül-bəlağə, xütbə: 198).


1410 بازدید
در حال ارسال اطلاعات...