Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Fevral 2019

Əhli-beytin (ə) möminlər üzərində vilayəti

Əhli-beytin (ə) vilayəti Allahın iradəsilə Peyğəmbərin (s) vilayətinin davamıdır
إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ

"Sizin himayədarınız yalnız Allah, Onun elçisi və iman gətirənlərdir. Onlar namaz qılır və rüku halında zəkat verirlər." (Maidə, 55).

İzah: Daha öncə yuxarıdakı ayə və onun nazilolma səbəbi haqqında söhbət açmışdıq. Bu ayə Əhli-beytin (ə) möminlər üzərindəki vilayətindən xəbər verir. Ayədən aydın olur ki, Əhli-beytin (ə) vilayəti Allahın iradəsilə Peyğəmbərin (s) vilayətinin davamıdır. Hədislərdə imamların (ə) vilayətinin qəbul olunmasının və onlara sevginin dünya və axirət səadəti kimi nəticələri qeyd olunmuşdur.

Hədis: İmam Baqir (ə): “İslam beş əsas üzərində qurulmuşdur: Namaz, zəkat, oruc, həcc və vilayət. Heç birinə vilayət qədər tövsiyə olunmamışdır.” (Kafi, c. 2, səh. 18, hədis: 1).


1475 بازدید
در حال ارسال اطلاعات...