Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Mart 2019

Hökümət niyə mitinqlərə icazə vermir?

Xeyri yoxdur, mitinqlər yaxın gələcəkdə Azadlıq meydanına daşınacaq.
Heydər Əliyevi o zamankı Azərbaycan hökümətinə kömək etmək qəsdiylə Naxçıvandan Bakıya dəvət edənlər sonralar onun Azərbaycan xalqının mənafeyinin ziddinə addımlar atdığını gördükdə vəzifədən kənarlaşdırmaq istəyirdilər. O zamanlar onu dəvət edən 91-lər adıyla tanınan insanlardan biri olan Siruz Təbrizli YAP haqqında "simasız quldurlar" deyirdi. Ata Əliyev hakimiyyətiylə barışmayan digər vətəndaş Nadir Ağayev isə yazırdı ki, Heydər Əliyevin o zamanlar etdiklərinə tövbə etməsini düşünür və Bakıya qayıdarkən xalqa xidmət edəcəyini hesab edirdik. O, özü bu cür yağlı vədlərlə xalqı aldada bilmişdi. Digər tərəfdən ata Əliyev artıq hakimiyyətə gələndə köhnə hökümətdən qalan məmurları hətta Milli Məclisi öz adamlarıyla əvəz edib hakimiyyətinin dayaqlarını möhkəmlədə bilmişdi. Xalq isə özünün Meydan hərəkatı, Topxana zamanındakı təpərini qoruyub saxlaya bilmişdi.

Xalqı Ramil Üsubovun "dubinkası" ilə qorxudurdular

2003-cü ilin prezident seçkilərindən öncə baş verən mitinqlər buna bariz sübutdur. Həmin günlərdə müxalifətin, məxsusən Müsavatın mitinqi kimi tanınan mitinqlərdə on minlərlə azərbaycanlı iştirak edirdi. Nəhayət isə bala Əliyevin ata Əliyevi əvəzləməsi zamanı, başqa sözlə monarxiyanın təməlinin Azərbaycanda qoyulduğu vaxt qanunsuzluq, saxtakarlıqla barışmayan xalq Azadlıq meydanına töküldü. Həmin meydanda isə bala Əliyev xalqın qanını atasından qalma məmurların, güc strukturu nazirlərin köməkliyi ilə axıdıb öz hakimiyyətini bərqərar elədi. Minlərlə insanın üstünə zirehli texnika sürüldü, neçə-neçə insan oradaca canını tapşırdı, neçəsi şikəst oldu, beləliklə də İlham Əliyev Ramil Üsubovun "dubinkası" hesabına hakimiyyətini möhkəmlədə bildi. Əlbəttə bu hakimiyyət bu gün də qorxu içində yaşayır. Şəxsən İlham Əliyev hətta oğlu yaşında olan Mehman Hüseynovdan qorxur. Sifarişlə onu həbs edirlər, sonra gözdən pərdə asmaq üçün güya Mehmanın müraciətini nəzərə alır, yaşlı atasına ürəyi ağrayır və Mehmanı azad edir.

Bu xalq Həsənquliyev, Hafiz Hacıyev, Rauf Arifoğlu deyil ki...

Rauf Arifoğlu, Azər Həsrət, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev və başqa bu cür insanları pul, kreslo gücünə ələ ala bilən İlham Əliyev elə bilirdi ki, bununla da ölkədə nə müxalifət qalacaq, nə onun əleyhinə yazan jurnalist, nə də etirazçı xalq. Amma hadisələr onun planlarının tam əksinə oldu. Bu gün daha İsa Qəmbərin xalqı meydanlara tökməsinə ehtiyac qalmayıb. Çünki xalq özü artıq etiraz etmənin vaxtının çatdığını anlayıb. Vaxt var idi, İsa bəy özü efirdə İlham Əliyevə etiraz edirdi, artıq internet vasitəsilə öz şikayətlərini çəkib paylaşan, İlham Əliyevi günahkar çıxaran insanların sayı çoxalır. Artıq Avropada mühacir həyatı yaşayan insanlar, həmyerlilərimiz Azərbaycan hakimiyyəti əleyhinə "rədd olsun diktator" aksiyaları keçirirlər.
YAP hakimiyyətinin məğlubiyyətinin və qorxusunun ən çılpaq dəlili isə hazırda, bu günlərlə onun müxalifət mitinqlərinə icazə verməməsidir. Halbuki bundan qabaq camaatı, xüsusən də müxalifətçiləri, Milli Şuranı ətraflarına 2000 insan toplaya bilməməkdə ittiham edirdilər. Bu minvalla da hər dəfə müraciət edərkən onlara mitinqlər üçün icazə verilirdi. Sonra da maşa saytlar başlayırdı xalqı məsxərə etməyə, ələ salmağa. Amma indi vəziyyət tamamilə dəyişib. İş o yerə çatıb ki, min cür bəhanələrlə mitinqlərə icazə verməməyə çalışırlar.

Mitinq Azadlıq meydanında!

Mitiqnləri Azadlıq meydanına daşımağın vaxtı çatıb. İçimizdə elə insanlar var ki, yaramaz YAP hakimiyyət onların 30-40 ilini oğurlayıb. Onların artıq itirəcək heç nələri qalmayıb. Bircə canları qalıb ki, onu da YAP əleyhinə mübarizədə vemrəyə hazırdılar. Bu insanlar təqribən canlarından bezmiş insanlardır. Onları daha çox qəzəbləndirmək olmaz. İndiyədək qanuni olaraq hökümət mitinq üçün icazə verirdi, amma indi qanunsuz iş görüb sərbəst toplaşma azadlığını xalqın əlindən alırsa, belə etməklə öz sonunu yaxınlaşdırır. Çünki xalq bu qərara pis reaksiya verəcək. Sabah, o biri gün xalq kütlələrini Azadlıq meydanında görəcəyik.

Son mitinqin ağrıdıcı silləsi

Son dəfə Milli Şura mitinqi Azərbaycan hakimiyyətinə necə sillə vurubsa bütün hakimiyyət qorxuya düşüb. Onlar düşünür ki, bu gedişlə sabah, biri gün polisin də qabağını almaq olmayacaq. Hətta bir zamanlar hakimiyyətə işləyib vətəndaşları mitinqlərdən sürüyüb aparan polislər böyük ehtimalla xalqın tərəfinə keçəcək, onlar da öz haqlarını tələb etməyə başlayacaq. Beləliklə tək qalmış hakimiyyətə Ramil Üsubovun "dubinkası" da kömək edə bilməyəck. Odur ki, canına vəlvələ düşən hakimiyyət hər vəchlə Milli Şura mitinqlərinin qarşısını almağa çalışır, onlara sərbəst toplaşmaları üçün icazə vermir. 2 Mart üçün planlaşdırılmış mitinqə də hökümət icazə verməyib. Amma xeyri yoxdur, mitinqlər yaxın gələcəkdə Azadlıq meydanına daşınacaq.


1319 بازدید
در حال ارسال اطلاعات...