Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Ləylətul-rəğaibin əməlləri (6)

Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın
Kamil arif Mirzə Cavad Ağa Məliki Təbrizi dəyərli “Əl-Muraqibat” kitabında Rəcəb ayının əməlləri ilə bağlı tövsiyələrində “Ləylətul-rəğaib”-in əməlləri haqqında yazır:

Əgər Rəcəb ayının birinci gecəsi cümə gecəsi olsa, yaxşı olar ki, salik ləylətul-rəğaibin əməlini yerinə yetirsin. Rəsuli-əkrəmdən (s) belə rəvayət olunmuşdur: “Rəcəb ayının ilk cümə gecəsindən qafil olmayın. Mələklər həmin gecəni “ləylətul-rəğaib” adlandırır. Onun belə adlanmasının səbəbi odur ki, gecənin üçdə biri ötdükdən sonra göylərin və yerlərin mələkləri hamısı Kəbə və onun ətrafına toplaşır. Sonra gözlənilmədən Allah onlara buyurar: “Ey mənim mələklərim! Hər nə istəyirsizsə, Məndən istəyin.” Mələklər deyərlər: Bizim istəyimiz budur ki, Rəcəb ayının orucunu tutanları bağışlayasan.” Mütəal Allah buyurar: “Bağışladım.”
Yaxşı olar ki, bu hədisi eşidən kəs bu gecə mələklərə salavat göndərsin, beləliklə təhiyyət ayəsinin (“Nisa” surəsi, ayə 86) onun öhdəsinə qoyduğu vəzifəni öz gücü miqdarında yerinə yetirmiş olsun.
Allahın rəsulu (s) hədisin davamında buyurur: “Hər kim Rəcəb ayının birinci cümə axşamı günü oruc tutsa, sonra məğrib və işa namazları arasında 12 rəkət (6 dəfə iki rəkətli) namaz qılsa, hər iki rəkətdən sonra salam versə; hər rəkətdə 1 dəfə “Həmd”, 3 dəfə “İnna ənzəlnahu fi ləylətil-qədr” və 12 dəfə “Qul huvəllahu əhəd” oxusa, namaz qurtardıqdan sonra 70 dəfə desə: 

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ

“Əllahummə səlli əla Muhəmmədin-ən-nəbiyyil-ummiyyi və əla alih”
Sonra səcdəyə gedərək 70 dəfə desə: 

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”
Sonra başını qaldırıb desə: 

رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ

“Rabbiğfir vərhəm və təcəvəz əmmə tələmu innəkə əntəl-əliyyul-əzəm”
Sonra yenidən səcdəyə gedib 70 dəfə desə,

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”
Sonra Allahdan öz hacətini istəsə, Allah onun istədiyini verər.”

Peyğəmbər (s) daha sonra buyurdu: “And olsun canım onun əlində olan kəsə! Allahın bəndələrindən hər kim bu namazı yerinə yetirsə, Allah onun günahlarını bağışlayar, hətta onun günahları dənizin dibi, qum dənələrinin sayı, dağların ağırlığı və ağacların yarpaqları qədər olsa da. Bu namazı qılan kəs Qiyamət günü cəhənnəmə layiq olan 700 nəfər qohumuna şəfaət edə biləcək. 

Kim bu namazı qılsa, Allah-təala onun qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər. O namaz aydın dillə ona deyər: “Ey mənim həbibim sənə müjdə olsun ki, hər bir çətinlikdən nicat tapdın.” O kəs deyər: “Sən kimsən? And olsun Allaha, mən sənin üzündən daha gözəl bir üz görməmişəm və sənin iyindən daha gözəl bir qoxu iyləməmişəm.” O deyər: “Mən sənin filan il, filan ay, filan gecə, filan yerdə qıldığın namazın savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını yerinə yetirim, tənha qaldığında sənə munis olam, qorxunu səndən götürüm. Qiyamət günü sur üfürüldükdə mən sənin başına kölgə salacam. Mövlan tərəfindən olan xeyirlərin heç birini əldən verməyəcəksən.”
“Əl-Muraqibat”, səh, 120-122


936 بازدید
در حال ارسال اطلاعات...