Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2019

Qarabağa Qasim Süleymani kimi oğullar lazımdır

Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində daha çox xarici dövlətlərə bel bağlayır
Bir tanışım var türkiyəlidir. Deyir hər dəfə eşidəndə ki, Azərbaycanda hərbçilər sərhəddə erməni əsgərləriylə atışıb, sizin kanallara baxırdım. Görürdüm ki, burada itgidən, müharibədən, qandan, şəhidddən əsər-əlamət yoxdur. İstehza edib zarafata da deyir ki, sizin kanallarda itgi var, o da abır-həya itgisidir. Müharibə, qan da var ki, şou əhlinin bir-birini it kimi qapması və ağcaqanad kimi bir-birinin qanını içməsidir.
Əlbəttə Türkiyə kimi bir ölkədə yaşayan türk vətəndaşı üçün bu vəziyyət ürəkaçan deyil, amma get-gedə artıq buna öyrəşdiyini deyir. Necə ki, Azərbaycan xalqı öyrəşib, digərləri də öyrəşməyə çalışır. Halbuki Azərbaycanda yaşayan və səngərdə düşmənə güllə atan, şəhid olan balalarımız Türkiyədə yaşamış olsaydılar onların qədri bilinəcək, daim hörmətə layiq qalacaqdılar.
Hələ o vaxt Mübariz İbrahimov şəhid ediləndə Türkiyədə "məhmətcik" mövzusunda olan kinolarda, xəbərlərdə ondan və onun şücaətindən danışırdılar.

İranda da vəziyyət belədir. İran kanallarına baxan insanlar gözəl bilir ki, bu ölkənin kanallarında müsəlman ölkələrində baş verən hadisələr işıqlandırılır. Hətta Fələstində bir fələstinli zalım sionist əsgər tərəfindən məscidə buraxılmayanda belə İran kanalları bunu işıqlandırır. Suriyadakı müharibə, İraqda İŞİD əleyhinə olan müharibələr, onların rüsvayçı şəkildə məğlubiyyəti dəfələrlə İran kanallarında göstərilmişdir.
İranlı məşhur general, İran Keşikçilər Korpusunun "Qüds" briqadasının rəhbəri Qasim Süleymaniyə Ali Dini Lider tərəfindən ən ali mukafat olan "Zülfüqar" ordeni verilib. Məlumata görə bu orden Dini Respublikanın ən ali ordenidir və indiyədək heç kəsə nəsib olmayıb. Bu isə o deməkdir ki, hətta ölkənin ordu naziri belə indiyədək bu mukafatla təltif edilməyib.
Diqqət çəkən xüsusi məqam ondan ibarətdir ki, bu orden İslam Respublikasının ən ali mukafatıdır və Ali Dini Lider tərəfindən verilib. Bu isə həm də o deməkdir ki, Ali Dini Lider bu mərasimdə daha mühüm bir nöqtəyə işarə edəcəkdir. Necə ki, belə buyurub: "Allah yolundakı mübarizələr bu şeylərlə dəyişiləsi və əvəzolunası deyildir. Allah yolundakı mübarizənin qarşısında duran şey və Allah-Təalanın, Allahın yolunda can və malı əli üstündə tutub, təqdim etməyin qarşısında qərar verdiyi şey, behiştdir, Allahın razılığıdır." 

Hacı Qasim kimi mömin insanlar, canlı şəhidlər gözəl bilir ki, bu cür ordenlər və mükafatlar qəhrəmanlığı izhar edən zahiri və maddi əşyalardır. Amma Ali Məqamlı Rəhbərin buyurduğu kimi – ölkənin ən ali mukafatı Zülfüqar ordeni olsa da – bütövlükdə bir mömin bəndə üçün ən ali mukafat şəhadət məqamıdır ki, rəhbər də sonda hacı Qasimə şəhadət arzulayıb. Şəhadət məqamı isə Allahın razılığı deməkdir. Allahın razılığından uca bir şey ola bilərmi?
İnsana ruh verən də budur – qiymətinin xalq, rəhbər tərəfindən bilinməsi. Dini mənbələrdə də buyurulduğu kimi insana ən yaxşı qiyməti Allah verir, insan üçün Allahın buyurduqları mühüm olmalıdır. Hacı Qasim kimi vilayət aşiqlərinin də Allah və onun yer üzərindəki höccətlərinin (imamların (ə)) insanlar üzərindəki höccətləri olan alimlərin onlara dəyər verməsi çox mühümdür. Çünki bu dəyər ilahi rəngə boyanmışdır.
Hacı Qasim kimi insanlar şou meydanlarında, əyləncə kanallarında deyil, ər meydanlarında, İslam təlimləri əsasında yetişən insanlardır. Biz dəfələrlə bildirmişik ki, Allah təala bu cür insanların vasitəsilə bizə şəhadətin nə olduğunu öyrədir. Qırx il bundan qabaq, müqəddəs difa vaxtlarında cəbhədə şəhid edilən 13 yaşlı Hüseyn Fəhmidələri də canlı şəhid olan Qasim Süleymaniləri də Şəhid Hücəciləri də Mübariz İbrahimovları da Əhli-beyt (ə) məktəbi yetişdirir.
Məlum olduğu kimi, siyasətçilər, hətta siyasətdən başa çıxmayanlar da deyir ki, Suriya İranın sağ qoludur, İran bu qolun kəsilməsini istəməz. Hələ bu müqayisə ilə görün Qasim Süleymani İranın müdafiəsində nə rəşadətlər göstərə bilər. 

Bizim də yaralı yerimiz Qarabağdır. Ali Məqamlı Liderin də buyurduğu kimi Qarabağ bir islam, müsəlman torpağıdır. Deməli özünü müsəlman, İslamın bir parçası sayan hər kəs Qarabağı canla, başla, əməllə, silahla, qanla, ən azından dillə qorumalıdır. Qasim Süleymani də İslam dünyasının bir parçası və qəhrəmanıdır. Deməli Qarabağ həm də Qasim Süleymaninin qanayan yarasıdır. Amma təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində daha çox xarici dövlətlərə bel bağlayır. Xarici dövlətlər də bu problemin həllində maraqlı deyillər. Bunun müqabilində isə Azərbaycana xaricdən əmr edirlər ki, ölkədə mümkün qədər şəhadət məktəbi itib-batsın, İmam Hüseyn (ə) bayraqları yığışdırılsın. Qasim Süleymani kimi insanlar nəinki efirdə göstərilməsin, əksinə terrorçu, xain kimi göstərilsin. Bunun yanında da efir məkanını şou-əyləncə əhliylə doldururlar. Qarabağ barədə isə düşünən yoxdur. Amma xalqımız, dövlətimiz inansa ki, Qarabağın azadlığı dindən, şəhadətdən, İmam Hüseyn (ə) yolundan, Qasim Süleymani kimi İslam qəhrəmanlarından keçir, işi yubatmaz, Qarabağı tez bir zamanda işğaldan azad edə bilərdi.


991 بازدید
در حال ارسال اطلاعات...