Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2019

AXH ölkə müxalifətinə alternativ qurum yoxsa Elçibəyin dövrünə qayıdış?

Onsuz da elə Heydər Əliyev vaxtından "işləmək" sözü dəbdədir
Azərbaycanda bir müddət əvvəl yaranan, özündə müxalif düşüncəli insanları cəmləyən Azərbaycan Xalq Hərəkatı bu günlərdə gərgin anlarını yaşamaqdadır. Hərəkat yaranandan bəri bir çox söz-söhbətlər gəzirdi. Haqqında deyilən iki ən məşhur fikrin biri budur ki, bu hərəkat ölkə müxalifətini kölgədə qoymaq qəsdiylə ərsəyə gətirilib. Əgər belə düşünsək deməli iqtidar tərəfindən yaradılması da ehtimal edilə bilər. Doğrudur, hərəkatda köhnə müsavatçı Tural Ababslı (dönəm sədri), keçmiş DİN naziri, general İsgəndər Həmidov, keçmiş hərbi nazir Rəhim Qazıyev, tanınmış siyasətçi, partiya sədri Əli Əliyev, Mirmahmud Mirəlioğlu və s. kimi insanlar iştirak etməkdədir. Onların hərəkatda təmsil olunması belə demək mümkünsə hərəkatın hakimiyyətə işləməsi ehtimalını sıfıra endirir. Çünki ən azından Əli Əliyev, Mirmahmud Mirəlioğlu kimi insanların nə zamansa iqtidara nəinki işləməsi, hətta onlarla əl verib görüşmələri belə təsəvvür edilməzdir. İsgəndər Həmidov, Rəhim Qazıyev kimi sabiq nazirlər isə iqtidarın zülmlərinə, məhrumiyyət və həbslərinə məruz qalıblar. Bir zamanlar isə Azadlıq Hərəkatının liderlərindən olublar. 

Bəs bu hərəkatın iqtidara işləməsinə dair fikrlər hardan qaynaqlanır? Bizdə bu yerdə deyərlər ki, od olmasa tüstü çıxmaz. Amma bizdə odsuz tüstülənmək, yanmaq, yandırmaq mümkündür. Kimləri ki, sındıra bilmirlər, rahatlıqla yandırmaq, cızdağını çıxartmaq istəyirlər. Onsuz da elə Heydər Əliyev vaxtından "işləmək" sözü dəbdədir. Millətdən soruşsanız, "işləmək" sözünü eşidən təki ilk olaraq onun ağlına maaş müqabilində zəhmət çəkib işləyib çörəkpulu qazanmaq deyil, vicdanı satıb qarşılığında pul almaqla işləmək ilk olaraq gözönünə gəlir.

Təbii ki, Azərbaycan Xalq Hərəkatının iqtidara işləməsi şübhəsini doğuran iki başlıca amil vardır. Birincisi, bəlkə də ən mühümü hərəkata üzv olan insanların bir-biriylə sülh şəraitində yaşamamasıdır. Təsəvvür edin ki, bu hərəkatda 35 yaşlı bir insanla 70 yaşlı digər üzv hətta əl qaldırmaq həddinə belə gəlib çatıblar. Hərəkatın iclasında, yaxud iclaslarında ağız deyəni qulaq eşitmir. İnsanlar narazı, əsəblər tarım, qarşılıqlı ittihamlar, bəzən təhqirlər və s. baş alıb getməkdədir. Bu cür bir şəraitdə insanın zehninə ilk olaraq bu gələ bilər ki, hərəkat iqtidarın müəyyən insanlarının vasitəsilə idarə edilir.

Digər bir amil isə Hərəkatın Rauf Arifoğlunun qəzeti tərəfindən təbliğ edilməsi, xəbərlərinin işıqlandırılmasıdır. İnanın ki, heç bir şübhə olmasaydı bircə Rauf Aqrifoğlunun bu hərəkatı mətbuatda qarabəqara izləməsi, xəbərlər dərc etməsi kifayət edər ki, hərəkat haqda "işləyir" kəlməsini işlədəsən. Qabaqcadan, vəziyyətdən, işin həqiqətindən xəbəri olmayanların belə zənn etməsi görəsən nə qədər həqiqətə uyğundur. Məsələn, ola bilər zehnə ilk olaraq belə bir sual gəlsin ki, əgər iqtidar belə bir hərəkat düzəltməklə müxalifətə alternativ yaratmaq istəyərsə bunu ilk olaraq kimin əliylə mətbuatda reklam edə bilər? Təbii ki, Arifoğlunun vasitəsilə. Nə üçün Arifoğlu ölkə müxalifətini, Milli Şuranı, AXCP-ni, iki qurumun sədrini bütün günü təhqir edir, aşağılayır, qəzetin Arifoğludan betər yaltaq yığını olan yazarları nə üçün qələmlərini Əli Kərimli əleyhinə tuşladıqları bir zamanda Azərbaycan Xalq Hərəkatı barədə nəsə mənfi bir şey yazmırlar? İqtidarın isə AXCP-dən Qüdrət Həsənquliyev, Razi Nurulayev, Müsavatdan Hafiz Hacıyev kimilərini ələ ala bilməklə bir şeyə nail olmadığını və həqiqi müxalifətin Milli Şura üzvlərindən ibarət olduğunu anladıqlarını nəzərə alsaq alternativ müxalif düzəltmək istəmələri labüddür.
Hərəkat haqda deyilən ikinci məşhur söz isə onların iclaslarının Elçibəyin hökümətindən heç bir fərqi olmaması iddiasıdır. Yəni bu qədər söz-söhbətlər, dava-dalaşlar, qarşılıqlı iddialar, təhqirlər, əlbəyaxa həddinə gəlmələr sanki doğrudan da Elçibəy zamanının Milli Məclisini, AXC partiyasını, naizrlər arasındakı anlaşmazlığı xatırladır. Camaat deyir ki, sanki Elçibəy zamanına qayıtmışıq. Üstəlik hərəkatda Elçibəy komandasının çılğın, qəzəbli nazirləri kimi ad çıxarmış kimlərsə təmsil ediləndə şübhəyə yer qalmır.

Amma bütün bunlardan daha mühümü odur ki, mümkündür Arifoğlu vasitəsilə iqtidar nümayəndələri Hərəkatı ləkələməyə yönəlik təxribatlarla məşğul olsunlar. Qısaca deyəsi olsaq belə deyirik ki, Əli Həsəovun qəzetinə çevrilən Arifoğlunun qəzeti bilərəkdən Hərəkat haqda yazılar, xəbərlər dərc edir ki, camaat indidən Hərəkatın iqtidara işlədiyini anlasın, mümkün qədər hərəkatdaxilində parçalanmalar baş versin. Yaxud da, diqqəti Hərəkata çəkməklə Milli Şuradan nəzərləri yayındırmağa çalışırlar. Buna dair isə hələ ki, əldə sübut yoxdur. Odur ki, həqiqətləri zaman göstərər. Tələsib, tez hökm verib kimlərisə işləməkdə ittiham etməyək. İqtidarın da istəyi budur zatən.


633 بازدید
در حال ارسال اطلاعات...