Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2019

Kor və nankor Elton Məmmədovdur ki, ölkədə reallığı görmür

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovu ali təhsil ocaqlarının birinə prorektor təyin ediblər. Əslində heç əsəbləşib adam haqqında özümüzə əziyyət verib yazmazdıq. Şəxsən Elton Məmmədov kimdir ki, durub ondan yazaq. Ölkədə o qədər yazılmalı, deyilməli sözlər, tənqid edilməli məqamlar vardır. Amma adamın açıq-aşkar tərbiyəsizliyi vadar etdi ki, ona kor olduğu bir həqiqəti bir daha xatırladaq.

Bilirsiniz ki, tənqid etmək yaxşı bir şeydir. Əgər tənqid yerində olarsa və tənqidə məruz qalan insan vicdanlı, dürüst olarsa bu tənqiddən nəticə çıxara bilər, nəticədə tənqidi məqamlar aradan qalxar. Beləliklə də tənqiddə fayda var – deyimi bir daha öz təsdiqi tapar. Buna onu da əlavə edək ki, işində-peşəsində dürüst, vicdanlı olan insan tənqid qarşısında həyasız arvadlar kimi yaxasını cırmaz, başını yolmaz. Sən dürüst, iş bacaran, peşəkar adamsansa tənqidə dözümlü yanaşmalısan. Elə işləməlisən ki, səni tənqid edənlər gələcəkdə peşiman olsunlar.

Elton Məmmədov isə yeni vəzifəsiylə bağlı tənqid edildikdə dözə bilməyib tənqid edənlərin ünvanına kor, nankor kimi sözlər işlədib. Yəni açıq-aşkar təhqir edib. Onu da deyim ki, onu tənqid edənlər adi adamlar olmayıb, məhz təhsil ekspertləridir. Bunu da özü deyir. Bu da durub onu tənqid edənlərə deyib ki, onlar kordur, nankordur, dövlətin qalıcılığını istəmir, xaindir mən nə bilim nədir. Bunun ardınca da deyib ki, onlar qısa zamanda görəcəklər ki, mənim prezidentin strategiyasına uyğun planlarım var və bu, baş tutacaq. Hə də, elə onu demək istəyirik ki, soğan yeməmisənsə niyə için göynəyir ki?

Düşünülə bilər ki, axı Elton Məmmədov bu vəzifəyə yenicə təyin edilib, axı təhsil ekspertləri niyə tələsib adamı əsəbləşdiriblər? Bu suala biz təhsil ekspertlərinin əvəzinə cavab verə bilərik. Amma biz özümüz də Elton Məmmədovdan "köhnə hamam, köhnə tas"dan savayı heç nə gözləmirik ki, buna dair də bir neçə dəlilimiz vardır. Mümkündür ki, təhsil ekspertləri də bizimlə indi deyəcəyimiz məqamlarda həmfikir olduqları üçün onu tənqid ediblər. Axı, təhsil ekspertləri də bizim kimi bu ölkədə yaşayır, üstəlik təhsil üzrə ekspertdirlər, yəni təhsildən daha çox agahdırlar.

Qeyd etmək istədiyimiz məqamlar:

Birincisi, Elton Məmmədov təhsil üzrə "at oynadan", "dağı dağ üstə qoyan" bir adamdırsa nə üçün onun bu "igidliyi" indiyədək ölkə rəhbərliyi tərəfindən təqdir edilməyib və adamı sınamayıblar? Yoxsa elə ölkə rəhbərliyi kordur?

İkincisi, adam deputatxananın sıradan bir deputatı olub və bu müddət ərzində bir dərdə dərman olmayıb. Əgər təhsil haqqında belə "xoruzlanırsa", nəsə "amerika kəşf edə bilirsə" elə buyurub təhsil nazirliyi və təhsil ekspertləri ilə əməkdaşlıq edib rüşvət okeanında Titanik gəmisi kimi batan təhsilimizi xilas edərdi.

Üçüncüsü, Elton Məmmədov da gözəl bilir ki, indiyədək oturduğu deputatxanaya da elə indi oturduğu prorektorluq kürsüsünə də elə belə adam oturtmurlar. Baxıb görürlər ki, kimin pulu çoxdur, kim daha çox xalqı soymağı bacarır, kim daha çox və daha yaxşı yaltaqlana bilir, kim xalqın deyil ailə hakimiyyətinin cibinə işləyirsə onu gətirib baş edirlər.

Dördüncüsü, sən kimsən ki, təhsildə nəsə edə biləsən. Bu ölkənin akulaları çoxdan təhsili udublar, səni də ora oturdublar ki, atası yanmış, anası ağlamış təhsilin özünün də axırına çıxasan. Sən isə özünü korluğa vurursan, güya bilmirsən ki, ölkədə hər bir sahədə olduğu kimi təhsil sahəsində də birinci günahkar elə ölkə rəhbərliyidir. Çünki adicə rüşvət sahəsində - ölkə rəhbərliyi səviyyəsində rüşvət alınmasa aşağıdakı rüşvətxorlar qələt edib başını daşa döyüb rüşvətlə iş görməzlər.

Nəhayət beşincisi, sən belə düz-əməlli təhsil adamı, mütəxəssisi, təhsilin dərdinə yanan adam idinsə elə əvvəldən təhsil sahəsində çalışardın. Yəni səni orda görmək istəyən ölkə rəhbərliyinə deyərdin ki, məni təhsil sahəsində sınayın, mən təhsil adamıyam. Deputatxanada təyinatla oturmazdın. Amma sənin deputatxanadan çıxıb təhsilə üz tutmağın həyatının yalandan ibarət olduğunu göstərir. Anla ki, bizdə xalqın nəzərində deputatxana "padlo" yer sayılır, ora girə bilənlər sınmış, alçaldılmış, üzünə tüpürülmüş, "dabro"su verilmiş, xayin, alçaq, öz şəxsi mənafeyini güdən adamlar olur. İndi belə bir yerdən çıxıb gəlib özünü təmiz adam kimi aparmağın yeri yoxdur.

Son olaraq üzümüzü Elton Məmmədova tutub deyirik ki, sən deputat olanda bir işə yaramamısan. Təhsil sahəsində yox, elə öz vəzifən üzrə, öz sahəndə bir düz əməlli iş görməmisən, indi durub camaata inkişaf nağıllarımı danışırsan?


64 بازدید
در حال ارسال اطلاعات...