Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyun 2019

İlham Əliyevin təqdir etdiyi dörd generalı onun "qardaşı" Hacıyev bişərəf hesab edir?

Hafiz Hacıyevin də işi çox qəribədir. Həm qəribədir, həm gülməlidir, həm də çətindir. Əslinə baxanda ona qulaq asanlar qəribə bir atmosferin içində hiss edir özünü. O hiss etməsə də tamaşaçı hiss edir ki, Hafiz özündən yeni bir qəhrəman düzəltməyə çalışır. Etdiyi iş də yeni bir şey deyil. İndiyədək çox adamlar prezidenti tərifləyir, amma nazirləri başlayır pisləməyə. Hafiz də bu baxımdan nazirləri əlində İlham Əliyevin portretini tutaraq söyən xalq nümayəndələrindən biridir. Sadəcə bir az kobud ifa edir. Bəlkə də onlar bundan daha betərinə layiqdir, deyə bilmərəm. Uzun sözü qısası, Hafiz xalqın damarını yaxşı tutub. Məhz buna görə də İlham Əliyev onun qulağını tuta bilmir.

Hafiz Hacıyevin son çıxışını da gördük. Çıxış başdan ayağa prezident seçkisi debatlarında butulka tolazladığı Cəmil Həsənlinin dediklərinin iki-üç qatıdır. Özü də çox sərt şəkildə. Məsələn, Cəmil Həsənli İlham Əliyevin qızlarını oğru adlandırırdı, Hafiz Hacıyev də nazirlərdə şərəf, namus, kişilik qoymadı qala. Söhbə gedib arvad, ailə-uşaq məsələlərinə qədər çıxdı.
Ən maraqlısı bilirsinizmi nədir? Hacıyevin müsahibə verdiyi verilişin aparıcısı da bunu ondan soruşdu, o isə belə məqamlarda bir söz bilir və onu avtomat kukla kimi təkrarlayır: ad çəkməyəcəyəm, lazım deyil.
Onu da deyək ki, Hafizin bu çıxışı təqribən İlham Əliyevin dörd generala etimad edib onlara vəzifə verdiyi günlərlə üst-üstə düşüb. Bu dörd generaldan ikisi isə nazir vəzifəsinə gətirilib. DİN-in keçmiş, dinsiz rəisi vəzifəsini öz köməkçisinə təhvil verdi. DTX-nın keçmiş rəisi də Müdafiə Sənayesi naziri getdi. (Biz də Hafiz kimi ad çəkmirik) Amma Hafiz Hacıyevin dedikləri nazir vəzifəsindən çıxan Ramildən də yan keçmədi. Çünki onun dedikləri dediyi gün meydana çıxmayıb, Ramil vəzifədə olan vaxtlardan bu günədək davam edir. 

Diqqət etsəniz görərik ki, Hacıyev "məmurlar" yox, "nazirlər" deyirdi. Kişi kimi siz deyin, Azərbaycanda nazir deyərkən ilk ağla kimlər gəlir. Əlbəttə, İlham Əliyev indiyədək işdən qova bildiyi "yetim nazirləri" (bu da bizim ölkədə yeni termindir) qovur, barmaq silkələyir, göz ağardır. Amma kök atmış məmurlara heç nə deyə bilmir. Sadəcə höküməti şahmat klubu hesab edir, Ramili götürüb yerinə o birini qoyur, iş bundan ibarətdir. 

Təbii ki, Hafiz Hacıyev "naizrləri İlham Əliyevə sırıyıblar" deyərkən qələt edib. İlham Əliyev onları vəzifəyə gətirərkən tərifləyir, daha durub onları dəvət edib "sənin dədəvə lənət" demir ki. Təbii ki, tərifləyir. Hafiz isə İlham Əliyevə qardaşım deyə-deyə onun nazirlərini şərəfsiz, yaramaz, əclaf, biqeyrət, oğru, xain adlandırır. Hələ onu da deyim ki, İlham Əliyev təcili olaraq Hacıyevi tapıb qulağını burmalıdır. Ona görə ki, "sırıyıblar" deyərkən müxalifət liderlərinə "agentura" deyən Hafizin agent olduğunu düşünmək lazımdır. Yəni bu hansı ölkənin agentidir, kimlər tərəfindən nazirlər İlham Əliyevə sırınıb. Axı ölkənin birinci şəxsinə kimlərsə nazir kimi sırınırsa, həm həmin nazirlər başqa dövlətlərin agenturasına xidmət etmiş olurlar, həm Hafiz Hacıyev haqqında da bunu düşünməyə əsasımız vardır. İlham Əliyev isə bu məqamda "padudar" qalır. Çünki bu yerdə deyərlər ki, İlham Əliyevdən böyük varmı Azərbaycanda? Azərbaycanda yoxsa hansısa ölkədə? Yəni İlham Əliyev müstəqil siyasət yürütmürmü, kimlərinsə quludurmu?


301 بازدید
در حال ارسال اطلاعات...