Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2019

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox!

İlham Əliyev İslamın sütununu sındırır, qəlbində Allah eşqi və xofu yoxdur, amma simpozum təşkil edir, çıxış edir və atasını tərifləyir.
İlham Əliyev "İslam sivilizasiyası Qafqazda" 2-ci Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb. Amma müraciətində elə nöqtəyə işarə edib ki, İslamın ruhuna tamamilə ziddir. O deyir: "Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə..." Sonrası məlumdur, yazmırıq. Çünki hər zaman bu kimi yerlərdə olduğu kimi bu çıxışda da atasını tərifləyir, on milyonluq bir xalqın əvəzindən danışıb atasını xalqın ulu öndəri kimi qələmə verir. Bu isə İslamın ruhuna, təməl prinsiplərinə ziddir. Çünki sən təəssübkeşlik edib, tayfabazlıq göstərib atanı başqalarına zorla ulu öndər, rəhbər kimi sırıya bilməzsən. İnsan atasını sevməli, rəğbət göstərməlidir. Hər kəsin atası ona əzizdir. Hətta ata kafir olsa belə müsəlman balaya onun ehtiramını uca tutmaq vacibdir. İlham Əliyev bu mənada atasına borcludur. Nə qədər istəyir atasını əzizləyə, xoş sözlərlə yad edə bilər. Amma nə din, nə mentalitet imkan vermir ki, insan öz atasını – ondan hakimiyyəti təhvil aldığı üçün – bir müsəlman xalqın ulu öndəri kimi qələmə versin. Çünki hakimiyyəti atadan təhvil alıb, xalqı döyərək zorla hakimiyyətdə qalmaq da İslamın ruhuna ziddir. Əslinə baxanda Heydər Əliyev öndər olacaq bir şey də etməyib. Sıradan bir dövlət başçısı olub. Yəni Azərbaycan müstəqillik əldə edəndən sonra Heydər Əliyev Respublikanın üçüncü prezidenti olub. Burada öndər ola biləcək bir şey yoxdur. Hansı bir dövlətdə - Azərbaycandan başqa – ölkənin üçüncü prezidenti ulu öndər hesab edilir? Üstə gəl, Heydər Əliyev ömrünü kommunist bir hökümətə sərf edib. Onun rəhbərlərindən biri hazırda yaşayan və yaşda ondan kiçik olan Mixail Qorbaçovdur. Qorbaçovu, Stalini, Lenini, Brejnevi özünə rəhbər bilən bir insan müsəlman xalqa ulu öndər, rəhbər ola bilərmi? Heç vaxt. Nə qədər ki, biz müsəlmanlar varıq Heydər Əliyev kimi insanları özümüzə rəhbər, ulu öndər kimi görməyəcək və buna etiraz edəcəyik. 

Əlbəttə, İlham Əliyev özü də gözəl bilir ki, Heydər Əliyev İslam dininə aid nə iş görübsə bunu müsəlman xalqın gözündən pərdə asmaq, güya ölkədə dini dözümlülüyün olduğunu göstərmək üçün edib. Axı onun ikinci dəfə rəhbərliyi sovet höküməti dağılandan sonra olub. Sovet höküməti isə kommunist idi və xalqı qəzəbləndirmişdi. Sovetdən qalan hər nə var idisə silib atmaq lazım idi. Bunlardan biri də dinsizlik idi. Yoxsa Heydər Əliyev İslam dininin qayğısına qalan bir insan idisə elə sovet vaxtı kommunizmdən imtina edərdi. Sovet ki, Azərbaycanı işğal etmişdi. Sovet vaxtı İslamın yayılmasına rəvac verərdi.
O da məlumdur ki, İslamı yaşamaq insanın öz şəxsinə qayıdan məsələdir. Nə Heydər Əliyev nə İlham Əliyev Azərbaycan xalqının nəzərində imanlı, mömin, namaz qılan bir bəndə kimi qalmayıb. Ola bilərdi ki, onlar dünyəvi bir dövlət başçısı olmaqlarıyla yanaşı İslami ritualları yaşayan bir ailə də olardılar. Necə Ərdoğan bütün səhv siyasətinə, sekularlığına baxmayaraq namazlarda görünür. Həmçinin Bəşər Əsəd və s. liderləri misal göstərmək olar.

İlham Əliyevin, ümumiyyətlə bu ailənin müsəlmanlığı da, İslamı da simpozumlarda, İslam həmrəyliyi oyunlarında və bu kimi bağlı, dörd divar arasında olan İslamdır. Bu da həqiqi İslam sayılmır.
İlham Əliyev hansı İslamdan danışır ki, özü namaz qılmır. İslamın sütunu namazdır. İlham Əliyev İslamın sütununu sındırır, qəlbində Allah eşqi və xofu yoxdur, amma simpozum təşkil edir, çıxış edir və atasını tərifləyir. Bu da əlbəttə Allahın bir cəzasıdır ki, İlham Əliyev kimi adamlara bu cür yerlərdə dindən, İslamdan danışmaq qismət olmur. O, məcbur olub bu cür yerlərdə atasını tərifləyir.

Azərbaycanda İslama gəlincə, bizim ölkədə İslam ancaq bu cür insanların dilindədir. Ölkədə bir İslami, haram, riba (sələmlə) ilə işləməyən bank tapmaq olmur. İlin bütün fəsillərində açıq-saçıqlıq baş alıb gedir. Ölkənin telekanalları şərəfsizlik, alçaqlı təbliğ edir. Ruhanilər, dindarlar həbs edilir, incidilir. Aşura günü uşaqların məscidə gəlməsi yasaqlanır (eyniylə sovet təfəkkürü). Hicab qadağası məktəblərdə, ali təhsil ocaqlarında bu gün də mövcuddur. Hicablı xanılar pasport ala bilmirlər. Bütün ölkə boyu lənətlənmiş şərab evləri mövcuddur. Halbuki İslam şərabı və bütün bu naqislikləri haram buyurub. Hətta bütün bunlardan əlavə İlham Əliyevin ailəsi qorxmadan, utanmadan açıq aşkar "erməni xalqıyla yenə oturub içəcəyik" deyə bilirlər. Yəni bu ailə özü ilk öncə İslamın əleyhinə insanlardır. Onların məscid bərpa etməsi, minarə tikdirməsi, İslam oyunları keçirməsi – bütün bunlar gözdən pərdə asmaq üçündür. Bütün bunlar xarici təşkilatların təklifiylə baş verir. Yoxsa bir adam namaz qılmırsa onun dövlət başçısı olduğu bir ölkədə hansı İslamdan danışmaq olar. İlham Əliyev həmin hakimiyyətə başçılıq edir ki, Bakı "İslam mədəniyyətinin paytaxı" olanda bir sıra məscidlər dağıdıldı. Ona görə də qətiyyətlə deyirik ki, Azərbaycanda bu hakimiyyət nə qədər varsa İslamdan əsər-əlamət qalmayacaq. Çünki bu hakimiyyətin İslamı da, dini də, kitabı da ancaq puldur.


346 بازدید
در حال ارسال اطلاعات...