Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyul 2019

Çadra harama baxan gözü örtür, kitaba yox!

Cahil, nadan insanlar hələ də anlamayıb ki, çadra, hicab qadının naməhrəmə olan baxışını örtür, kitaba olan baxışını yox
"Qadın liderliyi uğrunda" adlı bir cəmiyyət din əleyhinə, ateist iyi verən bir toplantı keçirib. Amma özləri də toplantının formatının nədən ibarət olduğunu ayırd edə bilməyiblər. Deməli, cəmiyyətin adı "qadın liderliyi uğranda" olub, normalda qadınları müdafiə etməli ikən, Gəncənin keçmiş meri, hamını bezdirmiş, hamının lənətini və nifrətini qazanmış Elmarın tərəfini saxlayıb. Bunun da üzərinə Azərbaycanda çadranın, hicabın, örtünməyin, iffətin geniş yayılmasını tənqid edib. Güya öz biabırçılıqlarını ört-basdır etməkdən ötrü Gəncədə belə bir toplantının keçirilməsini təsadüf hesab etməyib, onunla əlaqələndiriblər ki, sən demə ötən il Gəncədə iki polisi çadranı, cəhaləti, dini xurafatı, radikal dindarlığı təbliğ edənlər, xarici ölkələrə işləyənlər etmişdi. 

Toplantı həmişə sionist nökərliyini edən, şiəyə, Ərbəin ziyarətinə xüsusi düşmənçilik göstərən Axar (xar) saytı tərəfindən xəbər olaraq dərc edilib. Bu məsələyə toplantıda adı keçən "xarici dövlət"in İran olduğunu da əlavə etsək sionist nökərlərinin yenə də boş oturmayıb fəaliyyət göstərdiyini açıq – aşkar görmüş oluruq. "Qadın liderliyi uğrunda" cəmiyyəti güya çadradan çıxmağı, qadının yüksək vəzifə tutmalı olduğu təlqin etməyə çalışır. Özü də elə bir ölkədə ki, o ölkədə prezident nəinki xanımlara, heç kişilərə belə lider olmaq fürsəti tanımır. Amma qadın liderliyindən dəm vuran bu qadınlar bu barədə bir dəfə toplaşıb bunun cəhalət, gerilik olduğunu deməyib. Çünki məqsədləri dini vurmaqdır. Biz isə yenə də sual veririk, müsəlman xanımının çadrasının Gəncədə iki polis vurulmasına, bunun da qadın liderliyinə nə dəxli var? Bunu zənnimcə heç toplantı iştirakçıları, təşkilatçıları da qanmayıb.

Özü də deyirlər ki, güya Rəsulzadə höküməti xanımları çadradan çıxarıb onları elmə həvəsləndirdi. Sən demə ondan əvvəl din buna icazə vermirdi. Yalansa Rəsulzadə höküməti qədər ömrünüz olsun. Birincisi Rəsulzadənin qurduğu cumhuriyyətdə qadın çadra geyinə bilməz deyə bir qanun mövcud deyildi. Olsaydı Türkiyədə Atatürk qədər bilinər, Rəsulzadə də Atatürk qədər lənətlənərdi. İkincisi, "biz 100 il bundan qabaq çadradan çıxmışıq" deyir, amma biz heç də çadradan çıxmamışıq. Çünki biz çadradan çıxmış olsaydıq bu nadan insanların "soğan yeməyən" insanlar kimi içləri göynəməzdi. Üçüncüsü, hələ Zeynəlabidin Tağıyev zamanında rəhmətlik Tağıyev qızlar məktəbi açmazdan qabaq İraqın Nəcəfi-əşrəf şəhərində yaşayan din alimlərinə məktub göndərmiş, qızların təhsil hökmünü soruşmuşdu. Şiə üləması bunu qadağan etməmişdir. İnternetdə axtarsanız başlarında örpək olan qızların məktəbini görərsiniz. Bu məktəbdə oxuyan tələbələrin hamısı qız olub. Yəni, naməhrəmin olmadığı otaqda rahatca dərs oxuyurmuşlar. Amma gəlin bir də bu gün dünyəvi dövlət olan Azərbaycandakı təhsilə baxaq. Sinifdə uşaqlar nə dərəcədə dərslə və nə dərəcədə eşq işləriylə məşğul olur? Hamısı hicabsızlığın fəsadlarıdır. Keçən dəfə qəbul imtahanı verən bir nəfər deyirdi ki, mən bütün sınaq imtahanlarından yüksək bal toplamışam. Amma imtahan günü gözlərim bütün günü nəzarətçinin ayaqlarında qalmışdı deyə yaxşı yaza, yüksək bal toplaya bilmədim.

Toplantıda İrana sataşmağı da yaddan çıxartmayıblar. İndi güya bunlar öz ağlınca İranı bəyənmir, geridəqalmış ölkə hesab edirlər. Halbuki nə İrandakı demokratiya bizim ölkəmizdə yoxdur, nə prezident seçkisi şəffaflığı nə də ki, iranlıların təhsil və texnologiya sahəsindəki inkişaflarından bizdə zərrəcə əsər əlamət yoxdur. 

Cahil, nadan insanlar hələ də anlamayıb ki, çadra, hicab qadının naməhrəmə olan baxışını örtür, kitaba olan baxışını yox. Çadra, hicab xanımı naməhrəm baxışlardan qoruyur, onun naməhrəmə görünməməli olan yerlərini örtür. Kitab isə gözlə görünür və ağılla dərk edilir. Çadra, hicab nə ağlı, nə də gözü örtmür. Bu cür qadınların indi bir də liderliyini təsəvvür edin.


696 بازدید
در حال ارسال اطلاعات...