Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Avqust 2019

Elşad, piyli sinəni salladıb oturmaqdansa get qurban kəs də. Qabağını kəsən var?


Deməli, müsəlman dünyası iki gündə, bəziləri Avqustun 11, bəzisi də 12-də qurban bayramını qeyd etdilər. Avqustun 11-də isə "You Tube" kanalında Elşad Miri bir video paylaşdı. Dağda, düzəndə bardaş qurub oturub, başlayıb şiələrin əleyhinə danışmağa. Videonun başlığında da yazıb ki, niyə biz qurbanları Tehrana uyğun kəsməliyik.

Baxın, bu nurçuların xisləti təqribən budur. Yadınıza gəlirsə digər fətullahçı, öz dini və siyasi liderinə xəyanət edən, mandat naminə bir vaxtlar adam hesab etmədiyi, erməni adlandırdığı Heydər Əliyevin oğlu İlham Əliyevə GÖZƏGİRƏNLİK edən Fazil Qəzənfəroğlu da keçən mübarək Ramazan ayının fitr bayramında facebookda şiələrin əzadarlığı haqda video paylaşıb təhqiramiz sözlər yazmışdı. Camaat Fitr namazını qılıb qayıdıb görmüşdü ki, sosial şəbəkədə aləm qarışıb. Nə olub? Fazil Qəzənfəroğlu camaatın səadətli bayramına, əhvalına soğan doğrayıb. İndi Elşad birinin ssenarisi də həmin ssenaridir. Hacılar Ərəbistanda qurban kəsir, 11-i bayram qeyd edənlər bayram edir, etməyənlər 12-i gözləyir. Elşad da burdan bambılı kimi özünü atıb ortaya ki, niyə biz İran fətvalarıyla getməliyik. Adama deyən lazımdır ki, sinəni salladıb oturmaqdansa yeri get qurban kəs də. Sənin qarşını kəsən, sənə "etmə" deyən var?
Bir neçə mühüm məqama toxunur, təhqir edir ki, biz də qısa olaraq cavab verək.

1. Adam "tupoydur", dini savadı olmadığı üçün qanmır ki, qurban bayramının 11-i, yaxud 12-də deyənlər bu sözü bir gün qabaqcadan deməyib. Məsələ bundan ibarətdir ki, Ramazan ayında olduğu kimi hər ayın girişi səmada hilalın (ayın) görünməsindən asılıdır. Sadəcə nə üçün Ramazanda bu məsələ daha çox qabarıq şəkildə özünü göstərir, çünki Ramazan orucu kimi bir aylıq ibadətdə səhvə yol verilməsin. Yoxsa bütün ayların ilk günü bu cür hesablanır. Yəni Avqustun 11-i qurban bayramı qeyd edənlər Avqustun 2-də Zilhiccə ayının hilalını görmüşdülər. 12-i qeyd edənlər də Avqustun 3-ü. Daha sonra 9 gün sayıb 10-cu günü qurban bayramı qeyd ediblər. Bu məsələ indi ortaya çıxmayıb ki? Adamn savadı olsaydı elə Avqustun əvvəlləri bu məsələni qabardardı. Bilmir axı. Səudiyyədə qurban bayramı qeyd edən adam orda Avqustun 2-də ayı gördüyü üçün belə edir. Ayın 3-də görən onların etdiyi kimi etməyəcəkdi ki?

2. Daha sonra şiə təqlidinə, üləmasına, fətvasına söz atır. Bütün müctəhidlərimiz risalələrində yazır ki, ayı görməkdə müctəhid rəyi ən sondur (beşinci məsələ). Birincisi isə ayı insanın (mücərrəd, adi) gözlə (və yaxud) teleskopla görməsidir. Hər kim ayı görübsə 9 gün hesablayıb 10-cu gün qurban kəsə, bayram edə, bayram namazı qıla bilər. İndi camaat ayı göməyibsə, iki adil şəxs onlara deməyibsə, bir qrup sözündən əminlik hasil olan insan da deməyibsə nə etməliydilər? Məcbur olub 30 gün gözləyib növbəti günü Zilhiccənin biri hesab ediblər. Elə müctəhidin özü də ya ayı görür, görməyəndə 30 gün hesablayır. Çünki hicri-qəməri ayı ən çox 30 gündür. 

3. Vəhdətdən danışır, Quran ayəsini (vətəsimu bihəblilləh) də əcaib bir qiraətlə oxuyub deyir ki, Allah vəhdətə səsləyir. Bədbəxt anlamır ki, İranda, Azərbaycanda, hətta İraqda şiələr, hətta sünnülər də bayramı 12-də qeyd etməklə vəhdət yaradıblar. Həm şiənin, həm də şiə-sünnünün vəhdəti Elşadı sevindirməli ikən adam vəhdət əhlinə vəhdət ayəsini "təfsir" edir. Görün bunun adi məntiqi işləyirmi? Nəyə görə şiə-sünnü deyirik, çünki əgər Azərbaycanda ayın 11-də, Elşadın video paylaşdığı gün sünnü məzhəblilər, ölkəmizdəki türk, vəhhabi məscidləri bayram qeyd etsəydi adam gedib onlarla bayramını qeyd etməliydi. Görünür bu cür olmayıb ki, adam yanıb yaxılıb. 

4. Tez-tez səsləndirdiyi bir fikr də budur ki, mollalar dindən pul qazanır. Ay debil, sən deyildin vəhhabi, nurçu fikirlərini qəzet və jurnallarında dərc edib vəhhabilərə satıb pul qazanırdın? Bəs necə oldu ki, bu qədər varlandın? Yox, sən öləsən Azərbaycan kimi bir yerdə sən şəffaf yaşadın, biznes qurdun və heç kim də sənə heç nə demədi, beləcə də varlandın?
Son olaraq deyirik ki, Elşada qulaq asmayın, o, yolunu azmış, məzhəbi bəchul, siyasi-ictimai həyatı qaranlıq, gah nurçulara, gah vəhhabilərə, gah massonlara zaman-zaman quyruq bulayan bir insandır.


91 بازدید
در حال ارسال اطلاعات...