Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Avqust 2019

Müxalifətə xalq güvənmirsə, onlar Qərbin adamlarıdısa niyə xalqın içindən müxalifət çıxmır?

Yoxsa bu xalq dünyanın ər rəzil xalqıdır, bizim xəbərimiz yoxdur?
Yəqin ki, Azərbaycanda çoxlarına maraqlı olan suallardan biri də budur: Müxalifət Qərbin adamıdısa, xalq ona güvənmirsə, onlar öz aralarında yola gedə bilmirlərsə bəs nə üçün xalqın içindən etibar ediləsi müxalifət lideri, ya etirazçı xalq kütlələri çıxmır? Ola bilər ki, biz öyrəşmişik öz tənbəlliyimiz ucbatından iş görənləri də ləkələyib "agentdir", "filan dövlətə işləyir" yarlığı yapışdırmağa. Amma mümkün deyil ki, bu cür töhmətləri hər kəsə vuraq?

Bu işdə iqtidar aparatı da boş durmur, ona etiraz edən, hətta hansısa icra başçısı haqda kəskin tənqid edənləri asanlıqla "anti-milli ünsür", "xarici dövlətlərin maraqlarına xidmət edən", "erməni lobbisinin adamları" adlandırırlar. Bunlara müxalifətin, etiraz edənlərin də yaxşı cavabı vardır. Bir kəlmədən ibarət: TROL yaxud GÖZƏGİRƏN. Amma əslində belə olmamalıdır. Bu cür işlər həm dövlətə zərbə vurur, həm xalqı dünyada bütün dövlətlərin, bütün iqtidar və müxalifətlərin gözündən salır.
AZTV bilmir, öyrəşib qaranı ağ göstərməyə, axı adi camaat, hətta deputatlar bilməlidirlər ki, bir xalqın içindən çıxan müxalifətləri "agent", "satqın", "erməni muzdurları" adlandırmaq olmaz.
Murdar siyasətdə kiçik, zəif dövlətlərin alın yazısıdır ki, hər zaman daha çox regionda mövcud olan böyük dövlətlərin təsiri altına düşür. Həm iqtidar olaraq, həm də müxalifət olaraq bu cür böyük dövlətlərin "adamı" kimi yadda qalırlar. Məsələn, son olaraq meydana çıxan Milli Şuranı da Rusiyaya bağladılar, hazırda iqtidarda olan hakimiyyətin də Moskvanın adamı olduğu deyilməkdədir. 

Qayıdırıq suala və yenidən təkrarlayırıq; Nə üçün xalqın içindən etibar ediləsi, həqiqi müxalifət kimi qəbul edilən müxlaifət lideri, liderləri, yaxud etirazçı xalq kütlələri çıxmır? Heç uzağa da getmirəm, qonşu və düşmən ölkə olan Ermənistandan misal gətirmək istəyirəm. Ermənistanda müxalifət kimi tanınan bir insan var idi. Keçmiş və Ermənistanın ilk prezidenti olan Levon Terpetrəsyan. Amma görünür onun da Qarabağ savaşı zamanı hansısa siyasi səhvləri onun müxalifət lideri kimi davam etməsinə imkan vermədi. Xalq bunu istəmədi. Yaxud da Rusiyada prezident seçkilərinin birində keçmiş SSRİ-nin ilk və son prezidenti olmuş Mixail Qorbaçov prezidentliyə namizədlik verib 1 faiz səs toplamışdı. Böyük ehtimalla o da Sovet hökümətini dağıtmaqda, xalqa və dövlətə xəyanət etməkdə, ABŞ agenti olmaqda ittiham edildiyi üçün xalq onu istəmədi. Amma hər iki ölkədə başqa müxlaifətlər meydana çıxdı. Məsələn, Ermənistanda düşmən də olsa deyilməlidir ki, hazırkı baş nazir Paşinyan xalqın içindn çıxmış bir jurnalist kimi sinəsini qabağa verib xalqa müxalifətlik, müxalifətə liderlik etməyə başladı. Alındı da. Rusiyada da hazırda müxalifətçilər yaman fəallaşıb, mitinqlər keçirir, hətta icazəsiz mitinqlərlə nəyəsə nail olmağa çalışırlar. Belə olan halda böyük dövlətlər də bu cür adamlarla hesablaşmağa çalışırlar. Görmədinizmi ki, Paşinyan Moskvanın adamı olan Serji devirib yerində oturandan sonra V. Putin onunla dil tapmağa çalışdı? Düzdür, onun da haqqında "rusun adamıdır" dedilər. Amma dünyaya məlum olan məlumdur.

Bəs nə üçün Azərbaycanda belə bir hal yoxdur? Yoxsa xalq belə yaşayışdan, az maaşlardan, bahaçılıqdan, inhisarçılıqdan, rüşvətdən, haqsızlıqdan, talançılıq və yalançılıqdan, oğurluqdan razıdır? Nə üçün müxlaifətə güvənmədiyi halda özü müxalifət olmur? Nə üçün bu xalqın içindən müxlaifət lideri çıxmır? Yoxsa xalq özünə də etibar etmir? Yoxsa xalqın savadlı, şir ürəyi yemiş oğulları yoxdur? Yoxsa bu xalq bütövlükdə Rusiyanın, Qərbin, onun-bunun adamıdır? Yoxsa bu xalq tənbəldir? Yoxsa bu xalq dünyanın ər rəzil xalqıdır, bizim xəbərimiz yoxdur?


278 بازدید
در حال ارسال اطلاعات...