Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Avqust 2019

Toy pulu yığmanın ən gözəl yolu

Toylara pul yazdırmaq adətini ki bilirsiniz. Artıq bu adət yox, borcdur. Yəni ürfdə, mentalitetdə bir nəfər sənin toyuna 100 dollar pul salırsa, sən də illər sonra onun toyuna gedəndə həmin pulu ödəməlisən. Adi borcdan heç bir fərqi yoxdur. Bu barədə xüsusi dəftərlər tuturlar, sonra o dəftərlərə baxırlar. Burada yadıma düşmüşkən deyim ki, xatırladığım qədəriylə mübarək "Bəqərə" surəsində Allah buyurur ki, borc verib-alarkən yazın. Halbuki adi borclar alınıb-verilərkən yazılmır, amma toyxana borcu yazılır. Üstə gəl dəftər də göz bəbəyi kimi qorunub saxlanılır. Bu borcun vaxtı bilinməsə də qaytarılması o biri borca baxanda güclü ehtimaldır.

Nə isə, deməli o gün bir tanışım belə bir söhbət nəql elədi. Deyir ki, bir gün dostumgilə getdim. Hal-əhval tutub bir az söhbətləşdik, çay içdik, bir qədər keçdikdən sonra zəng gəldi. Zəng eləyən yaxın tanışlarından biri idi. Onu toya dəvət eləmişdi. Mənim tanışım deyir ki, adam zəng vuran, gələcəyin bəyinə dedi ki, vallahi, billahi mən kasıb adamam, əlimyandıdayam, bu dəqiqənin özündə bir qara qəpiyim də yoxdur. Gərək məni üzürlü biləsən. Xülasəsi, dostunun toyuna getməkdən üzürlüdür.

Daha sonra tanışım deyir ki, dostumdan toyun nə vaxt olacağını soruşdum, o da dedi ki, hələ iki ay var. Amma tanışımın öz dostuna verdiyi təklif çox xoşuma gəldi. Dedim bu barədə bir-iki kəlmə yazım ki, bəlkə oxuculardan kiminsə dərdinə dəyər. Onlar da təcrübə edib faydasını görərlər, bizim də ölənlərimizə rəhmət oxuyarlar. Məsələ budur ki, tanışım dostuna deyib ki, sən bu iki ay ərzində hər dəfə siqaretin dəmi gələndə "paçkasına" verdiyin 1 manat yarımları cəmlə, iki ay siqaret çəkmə, iki ayın tamamında toy üçün öz imkanın daxilində tələb olunan məbləği hazırlaya və toyda sala biləcəksən.

İndi isə mənim fikrim. Əslində təklif yaxşı təklifdir. Amma bir problem var ki, bizim camaatda bir qəribə xasiyyət var. Dəfələrlə görmüşük. Deməli, acından ölər, amma gedim qonşusuna ona çörək vermək üçün ağız açmaz. Siqaretin dəmi gəldikdə isə nə utanar, nə çəkinər. Gedər də, "ştuçnu" istəyər də, olmayanda hələ bir ona zarafata "alə, yekə kişisən cibüvə ştuçnu qoy da" deyər də. Siqaret istədyi adamda siqaret olanda lap iki gilə götürər də. Biri dodağa, biri qulağa qoymaq üçün. İndi belə cəmiyyətdə siqaret pulunu cəmləyib toyda salmaq olar?


261 بازدید
در حال ارسال اطلاعات...