Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Avqust 2019

AZTV-də Azərbaycan cənnət, Kanadada qeyri-demokratik, ərəb ölkələri mislindədir

O xanım Azərbaycanda olsaydı Hadı Rəcəbli kimi adamlar ona AMEA-da günortadan sonra qabyuyan kimi işləməyi məsləhət görəcəkdilər.
Mətbuatda Kanadanın Toronto Universitetinin professoru Nazilə İsgəndərovanın müsahibəsi dərc olunub. Əvvəla deyək ki, Nazilə xanım hicablı, möminə xanımdır. Bunu ona görə xüsusilə qeyd edirik ki, Azərbaycandakı Tənzilə Rüstəmova və onun kimi hicabı gerilik rəmzi, qədim zamanın geyimi, elmin əleyhinə olan bir şey hesab edənlər, həmçinin bir müddət əvvəl hicabı gerilik rəmzi, elm düşməni kimi qələmə verən ateistlər görsünlər. Görsünlər ki, hicab elmin əleyhinə deyil. Siz hicab əhli olmadığınız halda heç bir elmi nailiyyətə sahib deyilkən, hicablı bir xanım Kanadanın Toronto Universitetində işləyir. Özü də sadə qabyuyan, təmizlikçi deyil, professor kimi çalışır.

İkinci qeyd etmək istədiyimiz məsələ budur ki, bu xanım gözəl bilir ki, Azərbaycanda nə elmə, nə də elm əhlinə maraq, dəstək yoxdur. O xanım Azərbaycanda olsaydı Hadı Rəcəbli kimi adamlar ona AMEA-da günortadan sonra qabyuyan kimi işləməyi məsləhət görəcəkdilər. Halbuki həqiqətdə o xanımın “ayağının bildiyini Hadı Rəcəblinin başı bilmir.” Əksinə, o xanım Hadı Rəcəblinin başında olanları bilsəydi onu Parlamentdə deyil, elə günortadan əvvəl də sonra da inşaatdan palçıq qarışdıran işləməsinə layiq olduğunu bildirərdi. Nə üçün Azərbaycanda elm və ziyalı ilə bağlı vəziyyət bu cürdür? Çünki Azərbaycanda ancaq dövlət büdcəsini talamağın dərdində bir məmur ordusu mövcuddur. Pulun varsa qabağa gedirsən, yoxdursa Bakının tinlərində səhər-axşam əlin cibində avara-avara gəz-dolan.

Bədbəxtçiliyə baxın ki, hörmətli ziyalımız Kanadadakı Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı suala cavabda buyurur ki, çoxlu konsertlər təşkil edirlər. Baxın, dövlətdən ayrılan pulların hesabına konsert verirlər. Azərbaycan hakimiyyətinin siyasəti ancaq budur. Ölkə daxilində ac qarnına milləti konsertlərə yığırlar ki, aclıq olsun, kef olsun. Camaat AZTV-nin “güllü-çiçəkli” Azərbaycanından canını qurtarıb gedib Kanadada özünə gün ağlayır, orda da azərbaycanlıları rahat buraxmır, konsertə yığıb əyləndirmək, deyib – gülmək ilə məşğul etmək istəyirlər. Halbuki xarici ölkələrdə Qarabağ məsələsi qaldırılmalı, müzakirə edilməlidir. 

Nazilə xanım daha sonra deyir ki, əvvəllər soruşanda Azərbaycanı tanımırdılar. Amma indi tanıyır və xəritədə göstərirlər. AZTV isə bütün günü YAP-ın xarici siyasətindən dəm vurur. Deyir ki, Əliyevlər Azərbaycanı dünyaya tanıtdırdı. Əgər bir ölkə Kanadada tanınmırsa görəsən hansı xaricdə tanınır?
Ən pisi isə budur ki, sən demə Azərbaycan Kanadada qeyri-demokratik ölkə kimi tanınır.
Deyək ki, biz İran agentiyik, Milli Şura və Əli Kərimli ermənilərin adamıdır. Amma bu sözləri deyən biz deyilik, Nazilə xanımdır. Üstəlik deyir ki, Azərbaycanı ərəb ölkələriylə müqayisə edirlər. Burada bir az açıqlama vermək laızmdır. Əlbəttə Azərbaycanı ərəb ölkələriylə müqayisə edənlər ərəb ölkələrindəki terrorun Azərbaycanda olmasını qəsd etmirlər. Yəni ərəb ölkələrində olduğu kimi Azərbaycanda gündə mərmi partlamır. Bu insanların məqsədi demokratiya sahəsində Azərbaycanın ərəb ölkələrinə bənzəməsidir. Amma mən deyərdim ki, Azərbaycan ərəb ölkələrindən də betər durumdadır. Baxın, məsələn, ərəb ölkələrindən biri Livandır. Livanda və yaxud hazırda İraqda nə vaxt görmüsünüz bir nəfər üçüncü dəfə prezidnet seçilib 20 illik prezidentliyini qoruyub saxlasın. Nə vaxt görmüsünüz ki, ərəb ölkələrində atadan sonra hakimiyyət balaya keçsin, bala da özündən sonra dövlətin ikinci rəsmi postuna öz həyat yoldaşını təyin eləsin. Hətta Allahın Qəzzafisinin dövründə belə diktatura var idisə də bunun paralelində xalq bizə baxanda qat-qat yaxşı, rifah içində yaşayırdı.

Deməli, AZTV-nin bütün yalan təbliğatları puçdur, fuflodur. Heç bir dəyəri yoxdur. Azərbaycanı xaricdə qeyri-demokratik dövlət kimi tanıyırlar. O da tanısalar hələ.


210 بازدید
در حال ارسال اطلاعات...