Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2019

Terrorçu Stepanı “qəhrəman”, qəhrəman Hacı Taleni “terrorçu” edən rejim

Qabaqlar AZTV kanalizasiyasında bütün günü jurnalistlik etmək əvəzinə zurnalistlik edən, yalanlar yağdıran, yaltaqlıq mücəssəməsi olan İbrahim Məmmədov adlı jurnalist sonradan ara-bir İlham Əliyevi öz məqaləsində ölümlə də hədələmişdi. Bu adam bu yaxınlarda fil qulağında yatırtmaq istədiyi xalq üçün fil xortumu boyda məqalə yazıb İlham Əliyevin “qəhrəmanlığından” danışıb. Paşinyanın “Qarabağ bizimdir və nöqtə” fikrinə cavab olaraq Əliyevin “Qarabağ Azərbaycanındır və nida” kimi fikir səsləndirməsini , ondan sonra Paşinyana Ermənistanda faşistə heykəl qoyulmasını xatırlatmasını Məmmədov o qədər şişirdib ki, Əliyevin özü də mat qalıb. Bu bədbəxtlər, miskinlər anlamır ki, sözdə “Qarabağ” deməklə deyil, Paşinyan Qarabağı vermir, bunlar da oturub bir ovuc sözlə özlərinə təskinlik verirlər. Miskinliyin bu qədəri?

Əlbəttə, Əliyev Ermənistanda faşistə heykəl qoyulmasını Paşinyanın gözünə soxmasından öncə düşünməliydi ki, onun hakimiyyətinin və özünün atası da bir vaxtlar Azərbaycan xalqına soyqırım yaşatmış, Müsavat hökümətini süquta uğratmış Stepan Şamyana heykəl qoymuşdu. Bu heykəl məsələsini təkcə Əliyevin unutduğu məsələni ona xatırlatmaq üçün müzakirə mövzusuna çevirmədik.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, ümumilikdə, nasist cinayətkarlar qədər Monte Melkonyanın timsalında məşhur terrorçuların da qəhrəmanlaşdırılması Ermənistanda çox aktualdır. Bəli, bu gün ermənilərin etdiyi “qəhrəmanlaşdırma” prosesini bir zamanlar Əliyev hələ Brejnevin vaxtında etmişdi. Bala Əliyev də bunun davamını “uğurla” gətirir. Amma bir qədər fərqli şəkildə. Çünki bala Əliyevin hazırda hansısa erməni cinayətkarına, Azərbaycan xalqına qan uddurmuş – məsələn- Zori Balayana heykəl qoya bilmir, amma bunun əvəzinə ondan betər işlər görür.

Məsələn, xalqın qeyrətli, mərd oğullarını əzir, həbs edir, hər bir vəchlə susdurmağa çalışır. Kimlər ki, onun yarıtmaz siyasətinə etiraz edir, alçaq, vicdansız məmurlarını tənqid edirsə ya həbs edilir, ya döyülür, ya qohum-əqrəbası polsi bölmələrinə çağrılır. Qeyrətli vətən oğullarından olan Hacı Tale, Hacı Mövsüm, Hacı Abgül kimi qəhrəmanları terrorçu adlandırır, həbs edirlər. Bütün bunlar edən bir rejim başçısı utanmadan hansısa ölkədə faşistlərə heykəl qoyulmasını tənqid edir.


255 بازدید
در حال ارسال اطلاعات...