Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2019

Kamal Abdulla, Nəsimi ideaları Əliyevlərin telekanalizasiyalarındakı mənəviyyatsızlıqdırmı?

İlham Əliyevə hər fürsətdə yarınmağa çalışan, ordan götürülüb bura qoyulan, şöhrətindən istifadə edib romanlar çap etdirməklə “xalq yazıçısı” kimi tanınan Kamal Abdulla rektoru olduğu Dillər Universitetində yenə öz kariyerasını irəli aparmaq üçün dil-dil ötməyə başlayıb. Kamal Abdulla kimi insanların romanları ancaq “Kamal Abdullanın romanı çap olundu” deyildiyi üçün diqqət mərkəzində qalır. Yəni adam ölkədə olan nüfuzundan istifadə edir. Xalq yazıçısı adını qazanmaq üçün isə heç bir iş görməyib. Ona xalq yazıçısı adını kim verib bilinmir, amma xalqın vermədiyi qətidir. Çüki bu insan heç zaman xalqın dərdindən danışmayıb, işi-gücü İlham Əliyevin yanında yer alıb yalandan onu və siyasətini tərfiləmək olub.

Azərbaycan Dİllər Universitetində Nəsiminin 650 illik yubleyi münasibətiylə tədbir keçiriblər. Əslində isə Nəsimi bir bəhanə olub, tədbirdə Nəsimidən daha çox xalqın dərisini Nəsimidən daha pis soyan Əliyevlərin tərifləri yer alıb. 2019-cu il İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edildiyi üçün Kamal Abdulla fürsəti fövtə vermək istəməyib. Bu cür insanlar özlərini ədəbiyyat adamı kimi təsəvvür etdikləri üçün Nəsimini öz sələfi, Əliyevləri öz mayakları hesab edirlər. Sonra bu cür fürsətlərdə istəyirlər ədəbi və siyasi mayaklarının vəhdəti fonunda özlərinin “parlaq gələcəklərini” daha da parlaq etsinlər. Yoxsa bu cür insanların Nəsimini anlaması mümkün deyil.

Nəsimi haqqında Azərbaycanda nəinki Kamal Abdulla, demək olar ki, 98 faiz danışanların, yazanların Nəsimidən xəbəri yoxdur. Məsələn, elə Kamal Abdulladan söz düşmüşkən soruşaq; Kamal Abdulla nə vaxt Nəsiminin etiqad etdiyi kimi “Qibləgahımdır Muhəmməd, səcdəgahımdır Əli” demişdir? Nə zaman bu insan Nəsimi kimi bir dəfə Allah qarşısında diz qatlayıb? Nə zaman Kamal Abdulla Nəsimi idealarını darmadağın edən Əliyevlər haqqında tənqidi çıxışlar edib? Nəsimini o zaman soyanlar elə Əliyevlər kimi insanlar olublar. Onlar Əliyevlər kimi haqq söz eşitmək istəməyib, haqqı deyənlərin dərisini diri-diri soyublar. Bu gün də ölkəmiz elə bu gündədir.

Kamal Abdulla kimi insanlara mikrofon verəsiniz, səhər – axşam Azərbaycanda Nəsimi ideallarının yaşadıldığını iddia edəcək, Azərbaycanda mənəviyyatın, mədəniyyətin yüksək səviyyədə olduğuna həmişə təkid edəcəklər. Amma reallıq bu deyil. Belə olsaydı, Kamal Abdulla Nəsimini sevən olsaydı bütün günü Əliyevlərin telekanalizasiyasında “meydan sulayan” əxlaqsızlığı, şounu, rəzilliyi, şərəfsizliyi görər, etiraz edərdi.

KVN-nin Hacıbalası olan Tahir İmanov demişkən, Nəsimiylə Azərbaycan xalqının fərqi budur ki, Nəsimini bir dəfə soydular, canı qurtardı. Xalqı isə hər gün işıq pulu, qaz pulu, su pulu ilə hər ayın axırı soyurlar.


223 بازدید
در حال ارسال اطلاعات...