Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2019

Ərbəin günü İraqda “Ya Hüseyn”, Bakıda “istefa”, “azadlıq” şüarları yüksəldi

Bu cür etiraz aksiyaları dayanmamalı, hamı bacardığı qədər zülmə etiraz etməlidir.
Bu il Ərbəin günü Oktyabrın 19-a təsadüf etmişdi. Bəlkə də təsadüf etməmişdi, bilərəkdən bu iki tarix bir gündə qovuşmuşdu ki, bir millətin azadlığa gedən yolda bir hərakat, başlanğıc olsun.

İlham Əliyevin birbaşa diktəsiylə xalqın sərbəst toplaşması üçün məkan olaraq Lökbatan seçilmişdi. Amma Lökbatan (məqsəd Bakının mərkəzindən kənar bir yer) İlham Əliyev və onun oğru, kriminal komandasının məmurlarına xalqdan oğurladığı pullarla villa tikmək, ailə biznesi qurmaq üçün məkan ola bilər. Lokbatanda İlham Əliyev gedib gizlicə villa tiksin, bütövlükdə Azərbaycan, xüsusən Bakı, məxsusən Bakının mərkəzi xalqa məxsusdur. Xalq Əliyev rejiminin qarşısında başıaşağı deyil ki, gedib gizlənsin. Xalqdan gizlənəcək bir nəfər varsa o da ailə hakimiyyətidir. İlham Əliyev çünki özü xalqdan gizlənir, qaçır, öz psixologiyasının gərəyi olan bir şeyi də xalqdan istəyir.

Xalq isə gözəl bilir ki, bu meydan onundur. O, ürəyi istəyən hər yerdə mitinq keçirə, sərbəst toplaşa, etiraz edə bilər. Bu, onun həm mənəvi, həm də konstitusyon haqqıdır.

Əslində ərbəin günü Bakıda zəmanə yezidlərinə, şimrlərinə, şəbəslərinə, sənanlarına, ibnziyadlarına, ömərsədlərinə etiraz edən insanlar təkcə kadrlarda görünən, YAP GÖZƏGİRƏNLƏRİ, TROLLARI tərəfindən azlıqda ittiham edilən insanlar deyil. Bütöv bir xalq bu hakimiyyətdən bezib. Bu hakimiyyət, bu ailə elə bir kökdədir ki, özü də özündən bezib. Onlar da xalqa yalan vədlər verməkdən, məmur balasının və özünün qudurğanlığından, “lazım”ın gəlib çıxmamasından beziblər. Sadəcə yaramaz hakimiyyət, bacarıqsız, oğru tayfa olduqlarını xalqın qarşısında etiraf edə bilmirlər. Bu tayfa o qədər tənəzzülə uğrayıb, aşağılanıb ki, onlara layiq görülən ən mədəni, etik qaydalar çərçivəsində deyilən söz “şərəfsiz” sözüdür. Bu gün cana doyan xalq asanlıqla sosial şəbəkələrə daxil olub kefini pozmadan onlar barəsində “şərəfsiz” yaza bilir.

Bu ailə hakimiyyəti o qədər gücsüz, rəzil duruma düşüb ki, 700 min üzvü olduqları halda müxalifətçilərin, etirazçı xalq kütlələrinin üstünə öz trollarını çıxarırlar. Bu ailə hakimiyyəti o qədər gözdən düşüb ki, meydana öz tərəfdarlarını çıxara bilmirlər. Çünki kağız üzərində olan və soyulan 700 min nəfər də gözəl bilir ki, onlardan hansı biri İlham Əliyevi tərfiləsə GÖZƏGİRƏN damğası alnına vurulacaq. Elə ötən aksiyada da bu cür bir trolun, GÖZƏGİRƏNİN rüsvay olduğunu hamı gördü. Bunlar özünün olmayan tərəfdarlarını, yalandan seçilən üzvlərini meydana buraxa bilmirlər, çünki məlum olur ki, uşaqları məktəbdən, müəllimələri, digər işini itirmək istəməyən vətəndaşları hədələyib iş yerlərindən meydanlara göndərirlər. Bu cür etiraz aksiyaları dayanmamalı, hamı bacardığı qədər zülmə etiraz etməlidir.


288 بازدید
در حال ارسال اطلاعات...