Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2019

Polislərin bəhanəsinə baxın: sabitliyi pozmayın, polisə tabe olun

2019-cu il oldu, hələ də xalqın polisi görən gözü yoxdur. Sosial şəbəkələrdə onların haqqında yazılan söyüşlərədən tutmuş, mitinqlərdə üzlərinə deyilən alçaldıcı sözlərə qədər eşidirlər.

Son mitinqdə isə onların xalqa qəribə bir “nəsihəti” eşidildi: Sabitliyi pozmayın və polis qanunua tabe olun. Əlbəttə bu bədbəxtlər də işdən söyülərək qovulmamaq üçün gəlib xalqdan bu qədər söyüşlər eşidirlər. Amma gərək onların da mənliyi, şəxsiyyəti olsun. Polis hökümətinin, dubinka üzərində ayaqda duran bir hakimiyyətin yox, xalqın yanında olmalıdırlar.

Xalqa verdikləri “məsləhətə” gəlincə, biricisi, kim deyir ki, onlar sabitliyi pozur? Əgər sərbəst toplaşmaq sabitliyi pozmaqdırsa, onda konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşma azadlığı qanununu çıxarsınlar. Onsuz da ürəkləri istəyən kimi qanunun atasını yandırıb, anasını ağlar qoyurlar. Bircə bu qanunu da çıxarıb ölkəni Şimali Koreyanın gününə qoysunlar.

İkincisi, necə olur ki, İlham Əliyevin birbaşa diktəsiylə “Məhsul” stadionunda, Lökbatanda mitinqə icazə veriləndə bu, sabitliyi pozmaq hesab edilmir, şəhərdə keçiriləndə sabitliyin pozulması olur?

Üçüncüsü, məgər ölkədə sabitlik mövcuddur ki? Bu miskinlər sabitlik deyərkən ölkənin Suriyanın gününə düşməməsini nəzərdə tuturlar, amma unudurlar ki, Suriyada insanlar Azərbaycandakından gözəl yaşayır, oranın dövlət başçısı da bizim banda başçısından qat-qat demokrat adamdır. Ölkədə insanlar acından ölür, bunlar olmayan sabitlikdən danışırlar.

Dördüncüsü, “Məhsul” stadionunun ətrafında daha çox yaşayış massivi mövcuddur, əgər sabitlik pozulur, camaat narahat olursa gərək orda narahatlıq olsun və orda icazə verilməsin. Şəhərin mərkəzi, şəxsən 28 may meydanında isə yaşayış massivi yoxdur, insanların gəlib getdiyi yerdir.

Beşincisi, o hansı xalqdır ki, mən acam, amma o sabitliytini düşünür? Heç sabit olmasın, mənə görə narahat olsun və gəlib mitinqə qoşulsun.

Altıncısı, biz heç zaman görmədik ki, Yasamalın “Məhsul” stadionunda, yaxud digər yerlərdəki insanlar çıxıb etiraz edib desinlər ki, bizim istirahətimizə, sabitliyimizə mane olusunuz. Əksində, hamı çıxıb binalardan mitinqə tamaşa edir, hadisə yerində olanlar da telefonlarıyla həvəskar çəkiliş aparırlar.
O ki, qaldı polis qanununa... Bu xalq polis görəndə quduz it görmüş kimi özünü hiss edir. Polis gərək öz qanununa riayət edib xalqa əl qaldırmasın. Bir zamanlar hakimiyyət əleyhinə danışan, indi hakimiyyətin bir nömrəli TROLU, GÖZƏGİRƏNİ olan Şahin hətta 2003, 2005-ci illərdə öz kanallarında bu haqda veriliş çəkib polislərə göstərmişdi də. Polis gedib birinci öz qanununu oxusun, sona camaatdan qanuna hörmət tələb eləsin.


251 بازدید
در حال ارسال اطلاعات...