Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2019

Az sayda insanın etirazından qorxub Mehdiyevi atırlarsa deməli davam etmək lazımdır

Yaramaz hakimiyyət bu günə qədər etirazçı insanları "anti-milli ünsür" adlandırır, onların azlığını öz TROLLARI və GÖZƏGİRƏNLƏRİ vasitəsilə məsxərə obyekti edib gülüb keçirdi. Artıq, bütün dünyada məsxərə obyekti olan, xalqı tərəfindən lənətlənən, söyülən, hər cür təhqirlərə layiq görülən bu rejim xalqla hesablaşmağa başlayıb. Artıq Əliyev etiraf edir ki, indiyə qədər gopa basdığımız inkişaf, tərəqqi nağıldan başqa bir şey deyilmiş. Artıq özləri etiraf edir ki, qocalar evini xatırladan məmur ordusuyla, özü də yaramaz məmur ordusuyla işləmək sərf eləmir.

Sadəcə qalıblar nə bəhanə tapsınlar, deyirlər ki, qoca məmurlar yaxşı iş görüb istefa veriblər. Güya onlar yaş həddinə görə istefa veribmiş. Halbuki onları İlham seçirdi, İlhamın əmri olmadan onların nə karə idilər ki, çıxsınlar.

Bu yaxın günlərdə isə demək olar ki, hakimiyyətin ən böyük balıqlarından olan Ramiz Mehdiyev istefaya göndərildi. Başqa sözlə desək bir yerdən götürülüb o biri yerə qoyuldu. Zatən Əliyev hakimiyyətinin yarıtmaz siyasəti uzun illərdir şahmat oynamaqla məşğuldur. Məmuru ordan götürüb bura qoyur. Çünki düz-əməlli kadrları yoxdur. Cavanlaşma prosesinə güya start veriblər, amma heç kim onlara inanmır. Sadəcə mitinqlərdən diqqəti yayındırmaq istəyirlər, bir də demək istəyirlər ki, ey xalq, sizi indiyədək incidən məmurları yola salırıq, gedirlər. Əslində isə bəhanədir. Çünki onlar qorxur və qorxduqlarını dilə gətirməyə də qorxurlar. Yoxsa məmur iş bacaran məmurdursa onun yaşının nə fərqi var ki. Yaramaz Əliyev hakimiyyəti hər yaramazlığına bir don geyindirməyi bacarır. Bu elə yaramaz hakimiyyətdir ki, 2003-cü ildə ata Əliyevin üçüncü dəfə namizədlik verməsinə, simasız quldurlar partiyası olan YAP-dan, yəni bir partiyadan iki nəfərin (ata-bala Əliyev) namizədliyini irəli sürməsinə bir bəhanə tapa bildikləri halda yaş məsələsinə də bəhanə tapıb ramizləri, hacıbalaları yerində saxlaya bilərdilər. 

Amma artıq mümkün deyil.
Ramiz Mehdiyevin siyasətdən zahirən kənarlaşdırılıb AMEA-ya göndərilməsi də gözdən pərdə asmaqdır. Amma xalqın etirazlarının bir faydasının olduğunu görmüş oluruq. Çünki indiyədək, “İlham heç kimdir, ölkəni Ramiz fırladır”, “Ramizin icazəsi olmadan parlamentə heç kim seçilmir” deyirdilər və Ramizi bu cür sözlər şişirdirdi. İndi isə xalqın qəzəbindən qorxub geri çəkilirlər. Əgər Ramiz kimi bir böyük balıq qəzəbli xalqın qurbanına çevrilirsə və bunu etirazçıların az, müxalifətin gücsüz olduğunu dedikləri bir vaxtda görürüksə deməli etirazlara davam etmək lazımdır. Xalq əl çəkməməlidir. Bu ölkədə ən təhlükə, rüşvətxor, haramxor, yalançı, saxtakar, xalqın qanına susayan insan İlham Əliyevdir. Onun rədd olub gedəcəyi günə qədər xalq etirazlara davam etməlidir.


311 بازدید
در حال ارسال اطلاعات...