Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2019

İlham Əliyevi tərifləyən, camaatdan pul istəyən qoca nənənin timsalında...

Milli Şura mitinqi təxirə salsa da başqa təşkilatlardan, o cümlədən xalqın bəzi nümayəndələri arasından görüş yerinə gedənlər olmuşdu. Polis yenə də saxladı, həbs etdi, qarşısını almağa çalışdı.
Mənim hadisə yerində diqqətimi çəkən qoca bir nənə oldu. Deməli, nənə konkret olaraq camaatdan pul dilənirdi, insanlar da ona pul verirdi. Orada bir neçə jurnalist də həmin görüntüləri çəkib xalqla paylaşırdı. Mitinqin də bir xeyri camaata bu olur. Kasıb, ehtiyaclı insanları dövlət axtarmasa da, jurnalistlər çəkib yutuba qoyurlar.

Maraqlısı bu idi ki, camaatdan pul istəyən qoca nənə deyirdi ki, İlham Əliyev yaxşıdır, Əli Kərimli pisdir. Sonra deyirdi ki, Əli Kərimli gəlib nə edəcək ki, yaxşıdırsa gəlib mənə əlli manat versin. Təbii ki, oradakı jurnalistlər obyektivliklərini qoruyub saxlamaq naminə nənəyə bəzi suallar verə bilmədilər. Bəlkə də jurnalistlərin bu cür bitərəf mövqe ortaya qoymaları və bunun paralelində nənəni çəkib paylaşmaları da jurnalistcəsinə edilmiş bir inqilab idi.

Əslində nənə də orda inqilab edirdi. Hətta, mitinqlərdə tez-tez görünən və TROL kimi ad çıxarmış insanlar da əslində orda olmaqla özlərinə məxsus bir şəkildə inqilab edirlər. Onların yaltaq, TROL olduğunu xalq görür, jurnalistlər çəkib paylaşırlar. Bunula da hakimiyyətin yaltaq nəsil yetişdirməsi məlum olur.
Amma nənəyə gəlincə, elə oradaca sual vermək lazımdır ki, ay nənə, faktiki olaraq Əli Kərimli yox, İlham Əliyev hakimiyyətdədir. Hakimiyyətdə olmayan bir adamın hakimiyyətə gələndən sonra da heç nə verməyəcəyini, xalqa yaxşı baxmayacağını demək olmaz. Amma İlham Əliyev həm de-fakto, həm də de-yure hakimiyyət başındadır. Sən isə onun prezident olduğu ölkədə bu qoca yaşında camaatdan pul istəməyə məcbur edilmisən.

Bir daha deyirik ki, o nənə də o cür inqilab edirdi. Diqqəti iqtidar-müxalifət, İlham-Kərimli söhbətinə çəkir, sonra kasıb olduğunu, 50 manata ehtiyaclı olduğunu jurnalist kamerasına danışır.
Bu nənənin timsalında çoxları belə düşünür. Düşünür ki, əşşi, müxalifət gəlib nə edəcək ki? Amma bu qoca vətəndaşın timsalında görürük ki, hələ ki, gəlməyən haqda nəsə demək tezdir, hal-hazırda olan insandan danışmaq lazımdır. Bununla da məlum olur ki, İlhamı “sevənlərin” böyük əksəriyyəti onu sevmir. Axı, camaatdan pul istəyən, dövlət qayğısından qalan bir nənə öz ölkəsinin başçısını, yəni onu o günə qoyan bir rəzili, qarınqulunu necə sevə bilər? Məlum olur ki, camaat ya yaltaqlanır, ya da özü elə danışrı ki, cəhənnəmə, qoy gəlib qayğı göstərsinlər, vətəndaşa sahib çıxsınlar.


196 بازدید
در حال ارسال اطلاعات...