Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2019

Elşad Məmmədli istəyir digərləri də özü kimi TROL və GÖZƏGİRƏN olsun

Azərbaycanda hər dəfə beş-altı müxalifətçi bir yerə toplanan kimi bəzi TROLLAR, GÖZƏGİRƏNLƏR kimi, “Dəli yığıncağı” əsərini yox, “TROL yığıncağını” xatırladan Müsavat qəzeti Əli Həsənovun çənəsi olan Arifoğlunun əmriylə başlayır baltalamağa. Adamların gözü müxalifətin birliyini götürmür. Çünki özləri başqalarının GÖZÜNƏ GİRƏN insanlar kimi xalqın yadında qalıblar.

Təzəlikcə müxalifətçilərdən olan İsa Qəmbər, Əli Kərimli, Əli İnsanov, Hikmət Hacızadə və başqaları bir araya gəlib deyə Müsavat həyasız arvadlar kimi bir şivən qoparıb ki, gəl görəsən. Doğrudan da adamın içindən, “ölün də, küpəgirən arvadlar kimi işiniz onun-bunun paxıllığını çəkməkdir” demək gəlir. Heç İsa Qəmbər, Əli İnsanov, Əli Kərimli bu cür TROLLARI vecə də almır, bunlarsa bütün günü Əli Həsənovun çənəsi olan TROL Arifoğludan beş-on manat qopartmaq üçün əldən-ayaqdan gedirlər.

Deməli, bunların bir Elşad Məmmədli adlı TROLU var, yazısında müxalifətin birliyini gözə götürmədiyi üçün onlara ilişib. Özü də daha çox bir vaxtlar indi Həsənov çənəsi olan TROL Arifoğlunun partiyada başqanı, qəzetdə təsisçisi olan İsa Qəmbər haqqında yazır ki, bizi görəndə salam vermir. Sonra da deyir ki, sanki biz xəyanətkarıq. Deməli, bu insanlar hələ də özlərini xəyanətkar yox, azad, müstəqil fikir bildirən insanlar kimi tanıyırlar. Adama bircə bu sualı verərlər ki, siz TROL, GÖZƏGİRƏN, Əli Həsənovun çənəsi olmasaydınız, Müsavatın partiyasına polis basqın edib dağıtdığı, Əli Kərimlinin pasportunun əlindən alınıb ofislərinin qapadıldığı bir dövrdə sizin ofisinizdəki dəbdəbəli həyat, aldığınız qonararlar, evlər və s. konfort həyatınızın mənbəyi hardan gəlir? Bəs TROL necə olur? Heç kimin buynuzu və quyruğu yoxdur. TROLUN da buynuzu çıxanda ona TROL deyilmir ki? Gecə-gündüz Həsənovun GÖZÜNƏ GİRMƏK TROLLUQ deyil bəs nədir? Bax, heç nə demirəm, gəlin hər şeyi qoyaq kənara, müxalifətin bir araya gəlməsi niyə sizin başınıza daş salıb ki? Yoxsa qorxursunuz ki, Həsənovun yerindən tərpənməsi hadisəsi baş verər, çənəsi olan Arifoğlunun da üstündən xətt çəkərlər və pulsuz qalarsınız?

Əslində bu adamlar da bir vaxtlar müxalifət idilər. TROL Arifoğlunun İlham Əliyevi asıb-kəsdiyi məqamlar heç də arxivdən silinməyib. “Arifoğlu – DÜNƏN-BU GÜN” başlıqlaı videonu tapıb onun İlham Əliyevə olan təhqirlərini izləyə bilərsiniz. İndi bu adamlar özləri 360 dərəcə dəyişiblər, özlərini korluğa vurub iqtidardan müxalifətə keçən İnsanovun qədimdə müxalifət əleyhinə dediyi sözləri yada salıb məsxərə edirlər. Özləri də deyirlər ki, siyasət belə şeydir, dəyişkəndir. Bəli, siyasətdə dost yox maraq vardır. Necə ki, Həsənovun çənəsi TROL Arifoğlu da 360 dərəcə pul görən kimi dəyişdi. Bu gün iqtidardan kim vurulursa onların hazırkı rejim əleyhinə birləşməsi yaxşı haldır. Siz isə özünüz GÖZƏGİRƏN olduğunuz üçün başqasının da belə olmasını istəyirsiniz.

Elşad Məmmədov yazısının sonunda Məşədi İbad filmindən stat gətirib deyir ki, bəlkə Rüstəm bəy Məşədi İbadın puluna aşiq olub... Eyniylə Arifoğlunun iqtidarın puluna aşiq olduğu kimi? Yəni, əslində məqalədə elə özlərinin, başda ARİFOĞLUNUN PORTRETİNİ çəkiblər.


150 بازدید
در حال ارسال اطلاعات...