Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Yanvar 2020

ABŞ-ın ipindən yapışan Elşad Miri məzhəb qırğını salır

Elşad Miri vəhhabilərin “You Tube” kanalında öz səhifələrində canlı yayım açıb əxilərinin suallarını cavablandırmalarını görüb o da həvəsə gəlib. Heç bir yerdə düz-əməlli təhsil almayan, Quranı üzündən oxuya bilməyən, ərəb dilindən ibtidai savadı olmayan bu insan özünə beləcə təskinlik verib, özünü ilahiyyat sahəsində doğrultmağa çalışır. O, gəncliyindən ilahiyyatçı olmaq kompleksni yaşayıb, beləliklə də “görürsünüzmü mən demişdim məndən ilahiyatçı olacaq” deyərək özünə təsəlli verir.

O, bir videosunda Qasim Süleymanidən danışaraq əməlli başlı məzhəb qırğını törətməklə məşğul olub.
Videoda insanlara Quranın “Allahın ipi”ndən yapşmasını əmr etməsindən danışır, amma özü ABŞ-ın ipindən yapışır. Bunun kimi cübbəlihocalar, fetölər hər zaman İranı gözləri götürməyib. İnsan özünü o qədər miskin vəziyyətə salıb ki, cübbəlihocalar, işidçilərlə bir yerdə o da ABŞ-ın ipindən yapışmağa, Süleymanini ləkələməyə çalışır.

Daha sonra deyir ki, bir nəfərin qətlə yetirilməsinə cavab olaraq bir təyyarəni vurmağın, dəfn əsnasında insanların qələbəlikdə can verməsinin heç bir izahı yoxdur. Əlbəttə bu fitnəkar insan gözəl bilir ki, o təyyarəni kim necə vurubsa üzrxahlıq ediblər. Belə bir həssas məqamda həmin təyyarə düşmən təxribatı zənn edilib. Onun necə deyərlər həqiqəti sonra üzə çıxacaq. Ayaq altda qalıb ölənlərə gəlincə, bu hadisə (qələbəlik) Qasim Süleymaniyə olan sevginin bariz nümunəsidir. Şəhid generalın, yaxud onu rəğbətlə qarşılayan azərbaycanlılar bu işdə nə günahı? Ümumiyyətlə bu işin mətləbə nə dəxli var?

Daha sonra özündən və sözündən xəbərsiz bu insan deyir ki, Quran buyurur ki, bir nəfəri öldürmək bütün insanları öldürmək deməkdir. Üstəlik deyir ki, burada “bir nəfər” deyilərkən insanın etdikləri, vəzifəsi nəzərə alınmır. İndi sual veririk, lap deyək ki, sən dediyin kimi Qasim Süleymani İranın maraqlarına xidmət edib. Etdikləri də xoşuna gəlməyib. Bəs nə üçün onun öldürülməsini qınamırsan. Təyyarədəkilərin öldürülməsinə görə bir nəfərin ölümünün bütün insanların ölümü kimi qiymətləndirdiyin halda Qasim Süleymanin qatillərinin bütün bəşərin qatili olduğunu niyə demirsən? Ona görə demirsən ki, ABŞ-ın nökərisən.

Daha sonra qurani məzhəbinə mənsub olan bu adam deyir ki, məzhəbpərəstlik bizim gözümüzü bağlamasın. Dünyada məzhbələrin vəhdətinə nail olan elə İrandır. Qasim Süleymani idi ki, Suriyada, İraqda, Yəməndə, Fələstində həm sünnüləri, həm şiələri qoruyurdu. Qasim Süleymani olmasaydı indi Elşad Miri İŞİD-in əlində zəncirlənmiş kölə olacaqdı.


488 بازدید
در حال ارسال اطلاعات...