Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Fevral 2020

Azərbaycan hakimiyyəti İsrail nökəridirmi?

Tez-tez Azərbaycanda bir sıra yazarlar, daha doğrusu sionist nökərləri olan media işçiləri İranın ermənilərə olan əlaqələrini qabardırlar. İran tərəfindən də bunun qarşılığında cavab verməyə məcbur olub Azərbaycan hakimiyyətinin işğalçı İsraillə dost, qardaş, yaxud birincilərin ikincilərə nökər olduğunu deyirlər.

Əslində isə ikinci iddianı sübut edəcək bir məsələ də bu yaxınlarda ortalığa çıxdı. Xeyr, söhbət bütün dünyanın, hətta Amerika xalqının və siyasilərinin ABŞ prezidenti Trampı İranın əfsanəvi generalı Qasim Süleymanini xaincəsinə şəhadətə yetirdiyi üçün tənqid etdiyi, lənətlədiyi, eyni zamanda Qasim Süleymaniyə məhəbbət və sayğı göstərdiyi zamanlarda İlham Əliyevin susmasından getmir. Bu ki, bir biabırçılıq idi. Bu, öz yerində. Burada qeyd etmək istədiyimiz odur ki, iki bambılının, yəni Trampla Netanyahunun bir dəstə əlçalan, dişağradan insanın gözü önündə “əsrin müqaviləsi” deyə uydurduqları planlar demək olar ki, özlərindən başqa heç bir ağıl sahibi tərəfindən dəstəklənmədi. Zatən dünyada təkləndiklərini görən bu iki bambılı öz aralarında “banket” zalı götürüb sünnət toyu edənlər kimi gözlə-qaş arasında bir iş gördülər. Heç bir ərəb dövləti, müsəlman ölkəsi, hətta avropa ölkəsinin bir süpürgəçisi də bu mərasimdə iştirak etmədi. Bütün dünya da fələstinlilərə dəsək olub bu müqaviləni “əsrin “vozdux”u” adlandırdı.

Bəli, söhbət məhz burdan başlayır. Deməli, hətta Türkiyə prezidentinin belə məhkum etdiyi “əsrin “vozdux”u məsələsi orataya çıxandan sonra Türkiyədə, Fələstində, İraqda, İranda, Pakistanda etirazlar baş qaldırdı. Təsəvvür edin ki, bütün dünyada ABŞ-ın və İsrailin qondarma bayraqlarını, Trampın mordasını əks etdirən kuklalarını yandırmaq, yerə atıb tapdalamaq, “rədd olsun İsrail”, “İsrailə ölüm”, “Trampa lənət olsun” kimi şüarları səsləndirmək adi bir hal aldığı, kütləvi şəkildə edildiyi, lentlərə alınıb dünyaya yaıldığı bir dövrdə, Azərbaycanda kimsə qondarma İsrail səfirliyi qarşısında etiraz edərkən askiyası dağıdılır, insanlar pərakəndə edilir, hədələnir. Ümumiyyətlə adət üzrə Azərbaycanda bir dəstə insan belə aksiyalarda iştirak edir, onu da tez bir zamanda dağıdırlar. Halbuki yerli pantürklər gözəl bilir ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da öz etirazını sərt şəkildə bildirib. Azərbaycana görə ermənilərlə əlaqələri kəsən Pakistan mücahidləri belə israilliləri və Trampı məhkum etdi. Azərbaycanda buna icazə verilmədiyi halda hələ bir İrandan “Azərbaycan hakimiyyəti İsrailin nökəri” deyəndə inciyirlər də.


306 بازدید
در حال ارسال اطلاعات...