Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2020

İlham Əliyevin yaşda böyüyə hörmət anlayışı və atalara hörmətsizliyi

Prezident otağında məmurları pencəksiz qarşılayan İlham Əliyev bu dəfə əməlli başlı xalqa mentalitet dərsi keçib. Belə ki, gərək bütün xalq nə üçün olmasa da bundan dolayı Əliyevə bir ömür təşəkkür etsinlər. Gərək bütün müxalifət bu işdən ötrü Əliyevin alternativsiz olduğunu qəbul etsinlər. Bu hərəkət Aztv ekranlarında beş-altı il davamlı şəkildə göstərilməli, GÖZƏGİRƏN, TROL qəzetlərdə yazılmalı, hətta bu haqda filmlər çəkilməli, mahnılar yazılmalı, ssenarilər qələmə alınmalı, cild-cild kitablar yazılmalı, ibtidai sinif şagirdləri bu haqda şeirlər oxumalı, Novruz bayramında Kosa və keçəl bu işin şərəfinə yumurta toqquşdurmalıdır. Hərdən bir dövlət təşəbbüs göstərsə məktəbli uşaqları gic-gic yerlərə aparıb səviyyəsiz müğənnilərə icbari tamaşa etdirməkdənsə prezident aparatına aparıb İlham Əliyevin bu jestinə şahid olmalarını təmin etmək lazımdır.

Bu, uşaqlarımızın, yəni gələcəyimizin uğurlu inkişafında mühüm və əvəzsiz rolu olacaqdır. Bir sözlə uşaqlarımız sağlam tərbiyə alacaqdır.

Deməli, İlham Əliyev illərdir unutduğumuz bir mental dəyəri bizə xatırladıb. Belə ki, iki nəfər yeni icra başçısını qəbul edərkən İlham Əliyev onun qabağında oturmaq üçün tələsən və yaşca digərindən kiçik olan icra başçısına barmağıyla işarə edib deyib ki, sən o biri stulda otur, sən yaşca balacasan.

Düzdür, amma təəssüf ki, “böyük-kiçik yeri bilən” İlham Əliyevin illərdir böyüməyən, xalqı daim kiçik düşürən telekanalizasiyalarında bütün günü yaşda böyük olanlar təhqir edilir. Belə ki, hansı vətəndaş evdə ata-anasının, ağsaqqalının yanında adam kimi oturub ədəbli-əkranlı bir proqram seyr edə bilir? Bütün günü efirdə nursuz bayramlar, “şpaqat” açan tərbiyəsiz qadın aparıcılar, elgizlər, zaurlar, bir-biriylə öpüşən, bir-biriylə tərbiyəsiz sözlərlə danışan, bir sözlə üfunət iyi verib telekanalizasiya adına layiq görülən insanların, ekranların önündə hansı kiçik öz böyüyü ilə ekranı telekanalizasiyaya çevirənlərin ənkə böyüyünü söymədən televizora tamaşa edə bilir?

Bu efirlərin birində prezidentliyə namizədlik verən müxalifət lideri Cəmil Həsənli özündən yaşca kiçik olan və başından iylənən balıq Hafiz tərəfindən təhqir edilmədimi? Bəs o zaman Əliyev balıq Hafizin qulağını özündən böyüyə “butulka” atdığı üçün niyə dartıb uzunqulaq qulağı boyda eləmədi? O zamanlar yoxsa Əliyev böyük-kiçiyə hörmət etmənin ədəb-ərkan olduğunu bilmirdimi?

“Böyük-kiçiyə hörmət edən” Əliyev nə üçün Xocalı abidəsi önünə əklil qoymaq istəyən vətəndaşlarımıza “atasız” ləqəbiylə tanınan GÖZƏGİRƏN, TROL Ata Abdullayev və polislər vasitəsilə maneələr yaradılmasına yol verdi.
Güya Əliyevdə hər şey düz-əməlli, yerliyerindədir, bircə qalıb yaşda böyük olanın Əliyevə yaxın oturması. Ondansa polislərə əmr ver yaşda böyük olan kişi-qadınları mitinqlərdə sürüməsinlər.

Bəli, bütün bunların bir cavabı var, o da Əliyevin özünü xalqa ədəbli göstərməsi. Xalq isə Əliyevlərə daha inanmır, hər dəfə belə işlər gördükcə daha çox söyülür, təhqir edilirlər. Çünki Əliyev kimi böyüklərə heç bir balaca hörmət etmək istəməz. Əliyev üçünsə heç də gec deyil, nə qədər fürsət varkən qaçsın. Yoxsa Müəmmər Qəzzafi kimi nəvəsi yaşlı uşaqların şillələri altında “mən sizin babanızam, belə etmək sizə haramdır” deyə-deyə gedəcək.

P.S. Qeyd edək ki, Əliyev “böyüyə hörmət” normativini təbliğ etmək istədi, amma “ağıl yaşda deyil, başdadır” deyən atalara hörmətsizlik etdi. Çünki icra başçısı, ümumiyyətlə, məmur, dövlət işində ağıl yaşdan daha irəlidir. Əliyev isə bir barmağıyla özündən böyük ataların zəhmətini yerə vurdu.


200 بازدید
در حال ارسال اطلاعات...