Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2020

Sirkin ilk iclası oldu. Köklü dəyişiklik mənasında heç nə yoxdur

Deputatxana təəssüflər olsun ki, bu dəfə də özünün sirk və zoopark adını qoruyub saxlaya bildi. Bəzi özünü müxalifət sayanlar heyif ki, küyə getdi, Əliyevin qocaları qovması, sirkin köhnə heyətini qovması onlardan bəzilərini çaşdırdı. Elə bildilər ki, doğrudan da bunlar gedib sirki Milli Məclisə çevirəcəklər. Amma daha sonra bu müxalifətçilər seçkini boykot etmədikləri üçün peşiman oldular. Gedib günlərlə MSK-nın önündə etiraz etdilər. Nəhayətdə sözləri bu oldu ki, haqqımızı halal etmirik, burunlarının deşiklərindən gəlsin. Güya onlara sizin haqq halal etməniz çox mühümdür. Onlar zatən haqq tanısaydılar haqsızlıqlar etməzdilər.

Bu dəfəki, sirk seçkiləri lap digərlərindən beş betər oldu. Son seçkilərdən əvvəl sirk olduğu kimi bu dəfə də sirk olaraq qaldı. Yəni təqribən eyni mahiyyətlər, əhilləşmiş, YAP tərəfindən deməliləri deyən, deməməliləri deməyən insanlar yenə sirkdə təmsil olundular.

Bircə dəyişiklik bu olub ki, Oktay Əsədovla Ziyafət Əsgərov bundan sonra sirkdə yuxarıdan aşağı yox, aşağıdan yuxarı baxacaqlar. Yəni daha onlar sirkin sədri və sədr müavini deyillər.
Amma sədr olaraq fiziki cəhətdən dəyişiklik olsa da Oktayın yerinə başqa adam təyin edilsə də mahiyyət etibarilə heç nə dəyişməyib. Çünki yeni sədr də YAP-çıdır.

Biz hərçənd ki, lap belə haqqımız var ki, orda yuxarı başda hansısa müxalifətçinin oturduğunu görək. Lap deyək ki, belə bir mədəniyyətə çatmaq üçün Əliyevlər gedəndən sonra nail olunacaq, amma bilirsiniz niyə ora YAP-çı seçiləcək? Çünki yenə sirkin böyük əksəriyyəti yapçılardan ibarətdir. Bir də təbii ki, bir-iki dənə cib müxalifəti vardır. Əgər bundan əvvəl də əksəriyyət yapistlər idi və bundan sonra da onlar olacaqsa daha hansı islahatdan söz gedə bilər ki?

İslahatınız başınıza dəysin.


439 بازدید
در حال ارسال اطلاعات...