Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2020

Fazil Qəzənfərə ən yaxşı kompaniya “xəttə qal” kompaniyasıdır

Bildik, hökümət karantin elan edib, fövqəladə haldır. Camaatı evdən bayıra çıxmağa qoymurlar. Amma bu yazıq evdə siz deyən kimi qalsa acından öləcək. Güya indi siz insanları bayıra çıxarmırsınız ki, koronaya yoluxar? Ə, bu kompaniya o ölkələrdə edilir ki, hökümət gəlib “evdə qal” kompaniyasına qoşulanlara ərzaq verir. Düşük, dümbələk kimi hər yetən prezidentin kompaniyasına qoşulduğunu deyir.

Məsələn, Fazil Qəzənfər kimi hər danışanda korona saçan insanlar deputatxanada təyinatla oturub vaxtında yaman doldurub sandığını. Bu cür parazitlər əlbəttə ki, “evdə qal” kompaniyasına qoşulacaq. Amma belə adamsınızsa gəlin evdə qalanlara ərzaq gətirib verin, qoy yesinlər, evədən bayıra çıxmasınlar.

Camaat üçün hazırlanan çadırlarda anti-sanitariya baş alıb gedir. Camaat deyir “palatkalar” soyuqdur, Allahın bir çayını da verən yoxdur. Bu cür bir şəraitə etiraz etmək lazımdır. Yoxsa GÖZƏGİRƏNLƏRin Əliyevin kompaniyasına qoşulması asan məsələdir.

Ümumiyyətlə Fazil Qəzənfərə xalq icazə verməməlidir ki, onun haqqında bircə kəlmə söz desin.
Birincisi ona görə ki, adam xalqın, millətin vəkili deyil, Əliyevin GÖZÜNƏ hər dəfə GİRDİYİ üçün gedib deputatxanada oturub. İkincisi xalqın böyük əksəriyyətinin inancları, məzhəbi bu FETÖ törəməsi tərəfindən dəfələrlə təhqir edilib. Üçüncüsü bu cür puldar, vicdansız insanlar kasıbın halından başa düşməzlər. Təsadüfi deyil ki, hər dəfə ağzını açıb üfunət iyi verən, korona saçan bu insan bu dəfə də camaatı nəzərdə tutaraq deyib ki, indi “evdə qal” kompaniyasına qoşulmasanız, sabah gorda qalacaqsınız. Həmçinin deyib ki, ziyarətgahlara ziyarətçi sürüsü azalacaq. Öz adını xalqa qoyan bu məxluq xalqı hər fürsətdə təhqir edir. Bəli, bu, bir FETÖ törəməsinin ağzından çıxan üfunətdir. Bir xalqa qarşı bu cür aqressiya hardan qaynaqlanır. Təbii ki, xalqın Fazilə verəcəyi cavab budur ki, sən vopşey “xəttə qal” kompaniyasına start versən yaxşı olar. Yuyulmamış çömçə kimi burnunu hər yerə soxma.


379 بازدید
در حال ارسال اطلاعات...