Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Aprel 2020

SMS-lə Koronadan mitinq icazəsi

Azərbaycanda nə iş görmək istəyirsən, deyirlər gərək zəng edəsən, ya da sms yollayıb icazə alasan. Adam qohum evinə getmək istəyir, deyirlər sms yolla, dükandan pampers almaq istəyir, deyirlər sms yolla. Dünyanın heç bir ölkəsində koronaya görə xalqı evində həbs eləmədilər, ancaq Azərbaycandan başqa. Təsəvvür edin ki, o boyda ölüm-itim Avropanın müxtəlif ölkələrində oldu, Amerikada oldu, hətta Amerika belə Azərbaycanda çıxarılan hoqqaları çıxarmadı. Niyə? Çünki Amerika dünyada hegemon dövlət olmaq istəsə və dünya xalqlarına zülm eləsə də digər tərəfdən öz daxilində demokratiya ab-havasını qorumağa çalışan dövlətlərdəndir.

İndi deyərsiniz ki, məgər demokratiyanın koronaya nə dəxli var? Məgər korona demokratik ölkələrə gəlmir? O məgər demokratiya, yaxud diktatura tanıyır? Düzdür, koronanın demokratik quruluşlara heç bir aidiyyatı yoxdur, gəldimi, ağına, bozuna baxmadan yuyub aparır.
Sadəcə koronanın demokratiyaya dəxli budur ki, qeyri-demokratik olan Azərbaycanda korona bəhanə oldu. Hakimiyyət, oğru, qudurğan, vicdansız, alçaq məmurlar onsuz da bir plan qururdular ki, necə edək xalq evdən bayıra çıxmasın, etirazlar etməsin, həftə səkkiz mən doqquz şəhərə gəlib etirazlar etməsin. Əllərinə yaxşı bəhanə düşdü.

Məsələ burasındadır ki, günlərdir evdə oturan vətəndaşlara heç yardım da olunmur. Neçə gündür bu insanlara bir qara çörək də verilmir. İnanın Allaha əgər, bu neç günün ərzində Allahın bir yavan çörəyi qara millətə verilsəydi bütün günü yaltaq AZTV bunu az qalsın Amerikaya qədər duyuracaqdı. Deyəcəkdilər ki, Amerika, Avropa ölkələri Azərbaycandan nümunə götürməlidirlər. Həm də deyəcəkdilər ki, Avropa ölkələri İlham Əliyevə xalqa bir parça çörək verdiyi üçün paxıllıq edirlər. Çünki Amerikada insanları evdə dustaq etmək qaydası çıxmayıb. Azərbaycanda bu var, üstə gəl xalqı ərzaq, geyim və s. təmizlik əşyaları ilə də təmin etəsydilər aləmə yayacaqdılar ki, baxın, İlham Əliyevin uğurlu xarici-daxili siyasətinin nəticəsidir ki, ölkədə virusa yoluxanların sayı azdır. Təki olsun.

İndi yaxşı, necə olacaq? Bayıra çıxan, bayırdan gələn sms yazıb polisdən icazə alır. Bəs yaxşı mitinq keçirmək istəyən müxalifətçilər, xalq kütlələri nə etməlidir? Onlar da koronavirusa sms yollayıb mitinq üçün icazə almalıdırlar? Niyə də olmasın, məgər korona pisdir-pisdir, BŞİH-dən, xalqı Lökbatana mitinq üçün töküb batırmaq istəyən iqtidardan daha çox təhlükəli və murdardır? İllərdir BŞİH-dən icazə alan müxalifət bu dəfə koronadan icazə alsın. Onsuz da bu xalq indiyədək nəinki BŞİH, onun keçmiş və indiki başçılarını, bütövlükdə bu hakimiyyəti virus hesab edir, təhlükəli bilir.


378 بازدید
در حال ارسال اطلاعات...