Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Aprel 2020

İlham Əliyev Allahdan qorxub Seyyid Fəramizi azadlığa buraxdı?

İlham Əliyev təzadlı bir iş görüb. Seyyid Fəramizin də Akif Çovdarovun da azadlığını təmin edib.

Yəqin ki, heç bir vicdanlı insanın dili gəlməz desin ki, İlham Əliyev Seyyid Fəramizi əfv edib. Çünki arada bir əfv edəcək insan varsa seyyiddir, əfv olunacaq insan da varsa İlham Əliyevdir. Əslində İlham Əliyev Seyyidin illərdir haqqına girib. Seyyid Fəramiz kimi yüzlərlə insanı Əliyevin şahlıq etdiyi ölkədə həbs edib zindanda çürüdürlər.

İndi desək ki, İlham Əliyev korona bəlasından qorxduğu üçün Seyyidin cəddinə qurban olub onun azadlığını təmin edib, inandırıcı olmaz. Çünki o tərəfdən Akif Çovdarovu da əfv edib. Akif Çovdarov boynu yoğun məmurları çapıb talasa, eşşək yerinə qoyub var-dövlətini mənimsəsə də özünün kriminal cinayətkar olması heç kimə sirr deyil. Allahdan qorxan Akif Çovdarov kimi bir allahsızı əfv edər?
Allahdan qorxan Hacı Tale və onun kimi digər Allah adamlarını həbsə atar?

Əliyevin qorxusu Allah qorxusundan daha çox Eldar Mahmudov qorxusuna oxşayır. Bunu biz demirik, başqa bir Mahmudov olan Maqsud deyir. O da “vurulanlardandır”, amma iqtidara meyilli olduğu halda iqtidardan xalqın tərəfinə keçdiyi üçün artıq xalq tərəfindən sevildiyi görünür. O deyir ki, Əliyevin qorxusu Eldar Mahmudov qorxusudur. Zatən insanda belə suallar yaranırdı ki, niyə vəzifəsindən azad edilən Eldar Mahmudov azadlıqdan məhrum edilmir? Sonra dedilər bəs disk filan varıdır, ona görə Əliyev ona dəyə bilmir. Doğrusunu Allah bilir.

Hə, o da məlumdur ki, Seyyid Fəramizi ruhani, əmmaməli olduğu üçün İlham Əliyev kimi insanlar İran agenti hesab edərlər. O tərəfdən də Azərbaycan MTN-inin israillilərin əlində olduğunu deyirdilər. Görünür Əliyev ağlınca İran və israil arasında balanslaşdırılmış siyasət yürütməyə çalışıb. Bəli, o, Azərbaycan xalqından başqa hər bir xarici dövləti razı salmağa çalışar. Akif kimi bir cinayətkarı əfv etmək, Seyyid Fəramiz kimi bir Allah adamını şərləyib içəri atdırmaq bahasına olsa belə.


459 بازدید
در حال ارسال اطلاعات...