Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2020

Dövlət hardadı ki, millətə millət özü kömək edir?

“Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir...”

Bəli, düz tapdınız, İlham Əliyevin növbəti analoqu olmayan yalanlarından biri. Deyir mənə məlumat veriblər ki, filan-filan... Səni heç məmurların sayır ki? Gör o qədər məmurlar tərəfindən sayılmırsan ki, camaat sənin haqqında deyir ki, məmurlar onu saymır, dünən verdiyi qərarı sabah ona geri götürməsi üçün məcbur edirlər, yaxud özü gecə fərman verir, sabah durub görür cırıb atıblar.

Xalqa zülm edən bir xəbis hakimiyyətin başçısının zillətli aqibəti elə bu cür olmalıdır. Bunlar öyrəşiblər yalandan palandan danışmağa. Elə xalq sənə dəfələrlə deyir ki, məmurlar səni aldadır, amma sənin vecinə deyil. Çünki sən Allah adamı deyilsən, müsəlman xalqa güvənmirsən, ancaq işin-gücün xalqı talamaqdır.

Əlbəttə Əliyev özü də bilir ki, onu məmurlar aldadır. Ətrafında bir pak adam da olmadığı üçün artıq aldanma və məmurlar tərəfindən yola verilmələrə öyrəşib. Məmurlar deyir ki, əşşi sən bu qədər çapıb talayıb ömürlük qalırsan mən niyə qalmayım və talamayım?

Xalq ilan dili çıxarıb deyir ki, cənab prezident bizə baxmırlar, bu, isə xalqı pis günə qoyan GÖZƏGİRƏN məmurlara inanır. Xalqdan kimsə etiraz edəndə də deyir bunlar anti-milli ünsürdür.

İndi camaatı evində dustaq edib güya 600 mindən çox insan dövlət tərəfindən dəstəklənir. Hardadı bu dövlət ki, millətə millət özü kömək edir. Camaat qapı-qapı düşüb ehtiyaclılara yardım edir. Əslində gərək etməsinlər. Çünki bu işi İlham Əliyev görməlidir. Amma o, bu işi görməyəndə və camaat qabağa düşüb bir-birinə kömək edən zalım Əliyevlərin işi qabağa gedir. Gərək xalq bir-birinə kömək etməsin, beləliklə də xalq qəzəblənib Əliyevləri tüpürcəklərində boğsun, yoxsa belə getsə bu xəbis hakimiyyət xalqın qanını içib sonra gözü doyacaq.


391 بازدید
در حال ارسال اطلاعات...