Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2020

GÖZƏGİRƏNLİYİN Azərbaycan modeli üçün Qəqəni Çingiz İlham Əliyevə təşəkkür edir

“Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarına görə, Azərbaycan pandemiyaya qarşı mübarizə aparan dövlətlər sırasında ən öndə gedənlərdən biridir. Bu mübarizədə bir Azərbaycan modeli kəşf olunub.”

Bu sözləri Qəqəni Çingiz Qənizadə deyib. Xalis GÖZƏGİRƏNLƏRdən biri. Belə baxanda bu qaragünləri də qınamaq olmur. O birinin (Zahidin) üfunət iyi verən ağzını yumursan bu başlayır danışmağa. Oturduqları kreslonun haqqını verməlidirlər axı. Əbəs yerə o kresloda oturmayıb axı. Baxın, Qəqəni müəllim Azərbaycanda virusa az yoluxanların müvəffəqiyyətini İlham Əliyevə calamaq istəyir. Bədbəxt balası düşünmür ki, Azərbaycanda adicə gözü, qulağı ağrıyanı həkimlər özləri İrana, Türkiyəyə göndərir ki, gedib orda müalicə olunsun. Qəqəni müəllim isə nağıl danışır. Elə bir halda ki, həmin İran özü bütün səhiyyəni, ordunu, ruhaniyyəti, tibbi sünnətini – hər kəsi işə qatdı ki, zərər az olsun. Bütün bunlara rəğmən İranın vəziyyəti bəllidir.

İndi Allahın işinə baxın ki, o boyda İran – tibb və texnika sahəsində qabaqcıllardan olan İranda minlərlə insan yoluxdu, minlərlə insan dünyasını dəyişdi (təbii ki, sağalanlar ölənlərdən üç-dörd qat çoxdur), Azərbaycanda bu işə görə İlham Əliyevə təşəkkür edilməlidir.

Bəli, bəli, Allahın işidir. İranda virusun yayılması da, Azərbaycanda az sayın olması da. Başqa kimin işi – Əliyevin işi olacaq? Bunu (Əliyevin işi olmasını) mütləq ğəni (heç nəyə ehtiyacı olmayan) Allahdan xəbərsiz olan Qəqənilər belə düşünə bilər.

Bəs nə düşünürdünüz, Allah rəhmlidir, bilir ki, İrandakı kimi bir imtahan Azərbaycanda olsaydı əhalini birdəfəlik ağuşa alacaqdı. Allah isə rəhm edəndir, dağına baxır, qar verir. Qəqəni kimi GÖZƏGİRƏNLƏRi isə bir dəfə Allaha şükür edən görməzsiniz, çünki bunların şükür yeri İlhamdır. Əlbəttə Qəqəni kimilər GÖZƏGİRƏNLİYİN Azərbaycan modelini yaratdığı üçün Əliyevə şükür etməlidir.

İndi isə Qəqəni müəllimin yalanına dair başqa sübut: İrana inanmadınızsa qoyaq bir kənara, gələk Amerikaya. Yəni doğrudan da Qəqəni müəllim düşünür ki, sayı mini keçən Amerika da bacarmadığı halda İlham Əliyev bacardı? Onda gəlin görək necə bacarıb? Heç uzağa getmirik, elə Qəqəni müəllimin çıxışından bir stat: “Yaxın keçmişdəki müsahibələrimdən birində də dediyim kimi, necə ki, ASAN Xidmət bir Azərbaycan modelidir. Eləcə də, pandemiyaya qarşı mübarizədə də milli model yaradılıb.
Pandemiyanın yayıldığı ilk günlərdən möhtərəm prezident və birinci vitse-prezidentin bu işə nə qədər ciddi yanaşdığının şahidi olduq. Bu sahədə mübarizə aparmaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və ondan sonra 4 işçi qrupu fəaliyyətə başladı. Bundan başqa, tez-tez nazirlərin toplantısı keçirilir, iqtisadi, sosial, səhiyyə ilə bağlı problemlərin həlli və analizi aparılır. Burada bir şeyi də qeyd etmək istəyirəm ki, karantində saxlanılan şəxlərin 5 ulduzlu, ən lüks hotellərdə yerləşdirilməsi Azərbaycanda baş tutdu və deyərdim ki, bu çərçivədə dünyada ikinci belə təşəbbüs yoxdur.”

Bəli, GÖZƏGİRƏN Qəqəni müəllim, sən dedin, hamı da inandı ki, İran, Türkiyə, Rusiya, Fransa, İtaliya, İspaniya, Amerika öz xəstələrini maşın qarajında saxladı, amma Əliyev virusun qarşısını sms vasitəsilə aldı. Qəqəni müəllimin sözlərini özünüz oxudunuz. Nazirlər Kabinetində nə yaratmaq, nə bilim, fond açmaq və s. Bir dənə dediyinə (İlhamın qalxan olub virusun qarşısını almasına) dair tutarlı heç nə yoxdur. Fond açmaq, şura, iclas çağırmaqla iş düzəlsəydi bunu hamıdan pis halda edən Azərbaycan kimi ölkələrdir. Virus tutanda hər yerdə tutur, evdə oturanda da. Tutmayanda isə tutmayacaq. Məgər Azərbaycanda ölənlər elə evlərində oturanlar deyildi? Yoxsa küçədə, məhəllədə dolaşan polislərin içində də yoluxan var? Qəqəni müəllim belə şeylərdə naşıdır, ancaq GÖZƏGİRƏNLİKDƏ mahir bir yaltaqdır.


375 بازدید
در حال ارسال اطلاعات...