Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2020

Axar saytı İranı vursun, Əliyevə GÖZƏGİRƏNLİK eləsin, kasıblar nəyinə lazım?

Axar saytı – bütün günü İranı vuran, hakimiyyətə bir vaxt müxalif olub sonra satqınlıq edən, o gündən Əliyevin GÖZƏGİRƏNLİYİNİ edən və nəhayət sionizmin ölkəmizdəki təsir agentləri olan bu saytın rəhbəri olan bir xanım, sosial şəbəkədə Quba sakinləri olan bir ailə görüb və güya ürəkləri ağrayıb. İndi güya bunların adamları Qubaya ezam olub bu barədə işlər görürlər. Ən azından Quba İcra Hakimiyyətini bu ailəyə qayğı göstərməyə cəlb edəcəklər.

Bacarsalar yaxşıdır, eləsinlər. Amma maraqlıdır ki, nə əcəb bütün ömrünü sionizmə nökərçiliyə həsr edib İran əleyhinə yazan, oradakı insanların, türklərin “əziyyət çəkdiyini” daim işıqlandıran, sionizm nökəri olmasını gizlətmək üçün yeni taktika seçən – Əliyevlərin GÖZƏGİRƏNLİYİNİ edən bu saytın nə əcəb yadına Azərbaycandakı dörd körpəli ailə düşüb.

Biz elə ilk gündən bu sionizm nökərlərini tanıyandan deyirdik ki, ay bala, sənin nə itin azıb İranda, öz ölkəndə acından ölənlərdən yaz, niyə şiəyə, ərbəinə dil uzadırsan, o dili İlham Əliyevə uzat ki, xalqa yaxşı baxsın, amma bunlar durub bizə buynuz atmağa çalışırdılar. Sonra sübuta yetdirdik ki, bunlar sionizmə işləyir, səslərini kəsdilər.

Keçən dəfə bir kasıb vətəndaş deyir ki, koronaya görə evdə oturmuşuq, amma balalarım acdır, deyir mən də evdən çıxıb gedib nəsə taxta-tuxta tapıb satır bir təhər başımı, ailəmi dolandırıram. Sonra uçulub-dağılmış evləri göstərib deyir ki, bu Suriyadan betər gündədir.

Bəli, Azərbaycanı uçurub dağıdan, xalqın həmişə “evin uçulsun ay İlham” dediyi bu insana – Əliyevə qarşı qələmlərini bir dəfə bu GÖZƏGİRƏN zümrə tuşlamazlar. Vicdanlarını və xalqı sionizmə satandan bəridir ki, GÖZƏGİRƏNLİKLƏ məşğul olurlar.

Xalq gözəl bilir ki, bu cür insanların ağlayıb sızlaması yalandandır. Bunlar xalqın dərdini çəkən zümrə deyillər. Çünki belə olsaydı İranı, Turanı vurmaq üçün vaxt sərf etmək əvəzinə İlham Əliyevi tənqid edərdilər ki, xalqa yaxşı baxsın.

Məqaləyə qoyduğumuz başlıq bizə aid deyil, xalqın sözüdür.


392 بازدید
در حال ارسال اطلاعات...