Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2020

Dövlət, QMİ, DQDK, MM məzhəb qırğını salan bu məxluq barədə tədbir görsün

Zillət vəkili, FETÖ törəməsi, vicdanını bir kresloya görə satan Fazil Mustafa hər fürsətdə müsəlman xalqın inanclarını təhqir etməkdən çəkinmir. Hər dəfə müsahibə verərkən müsəlman xalqı təhqir edir. Bu adam ağlını o qədər itirb ki, məhərrəmlikdə də, Ramazan bayramında da xalqın kefinə soğan doğrayır. İndi də koronavirusla bağlı müsahibə verərkən deyib ki, 7, 40, il mərasimlərində israfçılıq edənlərin pulları ciblərində qaldı. Bu adam mutilşikdir, elə bilməyin ki, yaxşı danışıb israfçılığın qarşısını almağa çalışır, bu, bir bəhanədir, əslində əsrlərdir bu cür ehsan məclisləri təşkil edib ölüsü üçün ehsanlar verən bir şiə xalqın inanclarını təhqir etməyə çalışır.

Adamın bir məqsədi var, o da ölkədə məzhəb qırğını salmaqdır. Çünki ölkənin dini qurumu olan QMİ bayram üçün bir vaxt təyin edir, hətta prezident o gün xalqı təbrik edirsə Fazil Mustafa nə məqsədlə bu qərarı məsxərə edir, lağa qoyur, ixtilaf salır? Hələ bayram gəlməmiş insanların kefinə soğan doğrayır. Dəhşətlisi budur ki, mədəniyyəti olmayan bu məxluq MM-də Mədəniyyət Komitəsinin sədr müavini vəzifəsində çalışır. Buna dövlət, QMİ, Dini Qurumlar, hətta Milli Məclis reaksiya verməlidir. Sonra gec olacaq, nə qədər gec deyilsə bu fitnəkar məxluqun qarşısı alınmalıdır.







Ağzın hardan cırılıb, ey səni "millət vəkili".
Edərmi seçildiyi xalqa həqarət vəkili?

Sən özün kimsən axı, xalqa şərəfsiz deyəsən?
Millətə, xalqa haramzadə kəbinsiz deyəsən?
Zındıq oğlu kim olursan bizə dinsiz deyəsən!
Dediyin sözlər ola haqqı–haramun yeyəsən.

Millətə küfr eliyər sən kimi dinsiz doğulan.
Eynən Əmr As kimi dünyaya kəbinsiz doğulan.
Bu elə, tən eliyər böylə vətənsiz doğulan.
Adi haldır, Şimridən qoymalıdır iz doğulan.

Qotur oldu bizə gər hürdüsə hər it, izal ol.
Nurçuya dəstək olursan ora çıx get, izal ol.
Mandatı get geri qaytar buradan it, izal ol.
Başını sox yerə burdan yeri sakit , izal ol.

Sən şərəfsiz dediyin, Şiəyə rəhbər Şiədir.
Atası həm babası həm özü yeksər Şiədir.
Vətən uğrunda canından keçən əsgər Şiədir
Söydüyün el oba başdan başa ey xər, Şiədir.

Bilməyirsənsə deyim natiqi Quran Şiədir.
Din yolunda verən o, yetmiş iki can Şiədir.
Gələcək vay halına Sahibi–Dövran Şiədir...
Əvvəl axır bunu bil Azəribaycan Şiədir.

Sənə bu həcvi yazan aşiqi nalan Şiədir.
Görəcəksən ki, sənə qusduracaq qan Şiədir.
Ağzın hardan cırılıb ey səni "millət vəkili"?
Neyləyir millət axı, böylə biqeyrət "vəkili"


292 بازدید
در حال ارسال اطلاعات...