Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2020

Kotlet Siyaquş İlham Əliyevə söz atdı

Kotlet Siyaquş hər zaman danışarkən quşladığı kimi bu dəfə də quş buraxdı. İstədi naziri tənqid etsin, amma sözü birbaşa Əliyevə tolazladı. Deyir ki, karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmırsa, getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır.

Deyilə bilər ki, əşşi nazirə söz atır da, bunun prezidentə nə dəxli var? Dəxli var. Dəxlini bir qədər sonra bilərsiniz.

Əvvəla deyək ki, bu komandanın bir-birinin ətini didməsindən məlum olur ki, bunların arasında heç kimin bir-birini görən gözləri yoxdur. Sadəcə mühit diktatura mühiti olduğu üçün hansısa məmur hansısa məmuru tənqid edəndə hamı fikirləşir ki, yəqin prezidentə söz atır. Ona görə heç kim qələt edib bir-biri haqda söz deyə bilmir. İndi siz kotlet Siyaquşa baxmayın, adam ərköyündür, gedib kotlet medallarını pəncəyinə vurub ata Əliyevin heykəlinin yanında ağlayır, yazıq görkəmi alır, Əliyev də atasına xatir ona dəymir.

Bəli, bu komandada bir-birini görən gözü olmayan adamlar cəmlənib. Ona görə də ölkədə inkişaf yoxdur. Əlbəttə, Əliyevin də qara qaşına, gözün vurulmayıblar, sadəcə hələlik dövran onundur. Güc strukturları onun ətrafında birləşib, bir nəfər cınqırını çıxaran kimi DTX tökülür kabinetinə, həbs edirlər. Adını qoyurlar ki, talayıb. Güya talamayan və talançılıqdan xəbəri olmayan var ki? Bu komandada zatən yuxarıda oturandan aşağıda oturana qədər hamı talayır. Elə bu komandann mahiyyəti talamaqdır, bünövrəsi oğurluq üzərində qoyulub. Xəmiri də rüşvətlə yoğrulub.

İndi gələk Siyaquşun Əliyevə söz atmasına. O da belədir ki, nəinki təkcə nazirlər, heç prezident də xalqın içinə çıxmır. Bunun üçün təkcə prezident seçkilərinin təşviqat, təbliğat kompanyasını qeyd etmək olar. Niyə o zamanlar Siyaquş prezidentin nümayəndəsi kimi çıxıb danışanda (işə baxın, Əliyev nə günlərə qalıb ki, Siyaquş onun yerinə çıxıb efirdə quşlayır) demirdi ki, ay Əliyev, ay prezident niyə xalqın içinə çıxmırsan? Çıxmırsansa get otur evində, qoy gəlib başqaları iş görsün.


264 بازدید
در حال ارسال اطلاعات...