Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2020

Nəvəsinə ulamağı öyrədən Rüstəmxanlılar və hicab, mərsiyə, azyaşlı dindarlıq

Yəqin ki, Sabir Rüstəmxanlının sosial şəbəkələrdə yayılan videosunu izlədiniz. Sabir müəllim orada – yanılmırıqsa – nəvəsi olan azyaşlı balaca bir uşağa əməlli-başlı ulamaq öyrədir. Düzdür, bu ulamaq sair ulamaqlara baxanda fərqlidir. Çünki bu ulamaq bozqurdların ulamağıdır. Güya qatı türkpərəst (əslindəsə xəstə milliyyətçi olan) insanlar əllərindən qurd (canavar) başı düzəldir, ağızlarından da qurd səsi çıxarıb ulayırlar.

Təbii ki, biz kiminsə daxili işlərinə qarışa bilmərik. Hər kəs evində istəyən heyvan səsini çıxartmaqda və nəvələrinə öyrətməkdə azaddır. Amma bu işi ictimailəşdirib sosial şəbəkəyə qoymaq o deməkdir ki, gəlin mənim haqqımda danışın. Hərçənd ki, Sabir Rüstəmxanlı kimi bir şəxsin özünüreklama ehtiyacı yoxdur. Ən azından o zamanlar yox idi. Adam doğruya doğru milli azadlıq hərəkatı günlərində bu hərəkata rəhbərlik edənlərdən biri idi. Ondan sonra prezidentliyə namizədlik də vermişdi. Onun ən böyük uğurlarından biri, bəlkə də ən böyüyü o idi ki, adam sonradan milli azadlığı, milliliyi baltalamaq üçün gələn KQB generalı Əliyevə müxalif idi. Lakin sonradan nə oldusa adam bozqurdunu İrana tərəf çevirdi, İran əleyhinə bozqurd səsləri çıxartmağa başladı. Həə, elə məsələ də budur ki, gündəmdən tamamilə silinib getdi. Bir zamanların SSRİ-yə qarşı sərt danışan və xalqın rəhbərlərindən olan adam zalım Əliyevlərlə olan mübarizəni kənara qoyub İran əleyhinə danışmağa başladı. Üstəlik həyat yoldaşı da hansı verilişə çıxırdı, başlayırdı ki, hicab bizim xalqda olmayıb, bizim nənələrimiz hicab taxmayıb və s. Halbuki bütün qədim kinolara baxanda nənələrimizin hicab taxdığını görürük. Öz keçmişini inkar edən bu ailə isə bu günlərdə nəvələrinə ulamaq öyrədirlər, utanmaz-utanmaz da Sabir Rüstəmxanlı deyir ki, nəvəmiz necə də gözəl edir, yəni ulayır.

İndi, bizdən kimsə öz balasının alnına “Ya Abbas”, “Ya Zeynəb” yazılan sarğılar taxıb məscidə aparsaydı, yaxud ona mərsiyə dedizdirib, sinə vurdurub çəkib sosial şəbəkədə paylaşsaydı, bir hay-şivən qopacaqdı ki, gəl görəsən. Başlayacaqdılar ki, biz gərək elm öyrənək, kosmosa gedək, orda nə bilim kitabxana açaq. Amma özləri kosmosa getməkdən ümidlərini üzüb dağ yüksəkliyi qədər ucalıb ulayan qurdlar kimi nəvələrini uladırlar. Bu da qatı millətpərəstliyin axırı. Əlbəttə ki, axırı olmaz, Allaha ümid edirik ki, millətpərəstlik, ulaşmaq xəstəliyindən Allah Mütəal hər kəsi xilas edər, gələcəkdə Sabir müəllimin nəvəsi bir vaxtlar babasının yol verdiyi xətaya yol verməz, ömrünü Allaha həsr edər, İsrailə xidmətə yox.




243 بازدید
در حال ارسال اطلاعات...