Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2020

Üzüqara Əbülfəsin işinə hüquq qiymət verəcəksə, o orda niyə oturub?...

DTX işçiləri güya Mədəniyyətsizlik Nazirliyində əməliyyat aparıb. Allah bilir hansı kilkə balığını yenə akulaların davasında ilişdiriblər. Allah bilir yenə yuxarılara nə səbəbdən “dolya” çatmayıb.

Mədəniyyətdən uzaq nazirliyin başçısı Əbülfəs Üzüqara isə deyir ki, biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa ona hüquqi qiymət veriləcək. Elə burda deyirlər ki, Allah başınıza daş salsın, əgər sənin mədəniyyətdən uzaq nazirliyinə hüquqi qiymət veriləcəksə sən bu neçə ildir orda nə edirdin? Bəs səni ora müqəvva təyin ediblər?

Təbii ki, bu adam öz işini yerinə yetirə bilmir. Çünki konkret olaraq mədəniyyətin ölkədə içinə ediblər. Məgər ölkədə mədəniyyət var. Əgər mədəniyyət dedikləri rafaellərin, coşqunların, bayramları arvad kimi burcutmalarıdırsa kül sizin də, mədəniyyətinizin də təpəsinə. Allah belə mədəniyyəti məhv eləsin. Mədəniyyətsizləri efirə doldurub adını mədəniyyət qoymusuz.

Bu Əbülfəs Üzüqara məlum olduğu kimi kukladan başqa bir şey deyil. Təsəvvür eləyin ki, dövlət başçısı bir müddət əvvəl bir dəstə mədəniyyət adamını dövrəsinə yığıb söhbət edirdi. Əbülfəs də onun kənarında güya oturub nəsə yazırdı. Həmin tədbir ictimailəşəndə camaat deyirdi ki, əgər belə bir işdən ötrü prezident iclas qurursa onda Mədəniyyət Nazirliyi nəyə lazımdır? Deməli, bu nazirliyin heç bir funksiyası yoxdur. Amma bu günlər üçün var imiş. Yəni çapıb-talamaqdan ötrü. Çapıb-talayırlar, yuxarılara ötürürlər, sonra payok az çatanda həbs edirlər. Bu da bunların mədəniyyətdən qandıqları.

Onu da deyək ki, Əbülfəs Üzüqara hər iki halda istefa verib rədd olub gedib mədəniyyət öyrənməlidir. Çünki orada edilən hüquqsuzluqdan xəbəri var idisə günahkardır, yox idisə ondan beş betər günahkardır. Hər iki halda istefa verməli və onun bu məsuliyyətsizliyinə hüquq qiymət verməlidir. Amma eləməzlər, çünki yuxarıları doyduranlardan biri də odur.


193 بازدید
در حال ارسال اطلاعات...