Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2020

İyirmi gün öncə Fazilab bütün dağıdılanların arxasında kimin dəsti-xəttini görürdü?

Bizim ölkədə Zahir Oruc kimi Fazilab Qəzənfəroğlu da nazirlər, məmurlar vurulandan sonra “xoruzlanmağa” başlayırlar. Qabaqlar Zahid Oruc cücə səsiylə hansı nazir vurulurdusa çıxıb “qabırğasına döşəyirdi.” Biz də dəfələrlə bu cür tiplər barədə yazıb bildirmişik ki, “duxunuz çatır” bunlar vurulmazdan əvvəl çıxıb danışardınız da. Zahid Oruc ağzını yumub, indi də Fazilab müəllim ortalığa “yuyulmamış çömçə” kimi özünü atıb.
Bir neçə gün əvvəl DTX Əbülfəs Üzüqaranın mədəniyyətdən uzaq nazirliyində əməliyyat keçirdi. Müavini və bir neçə nəfər həbs edildi. DTX-dan sonra da FQX (Fazilab Qəzənfəroğlu Xidməti) dövriyyəyə girdi. Nazirik vurulandan sonra başlayıb Əbülfəsə mədəniyyət dərsi keçməyə. Ay nə bilim illərdir məntəqəsində filan mədəniyyət evi uçulub dağılırdı, filan şey elə olurdu, bəhmən şey belə olurdu. Get işinlə məşğul ol. Sənin işin məhərrəmlikdə, Ramazan bayramında fitnə salmaq deyildi? Sənin işin pirlərlə, şiələrlə, İranla deyildi məgər?
Təbii ki, Fazilabın danışdıqları “vozduxdur”, çünki Əbülfəsin obyekti vurulmazdan qabaq Fazilab bütün dağılanların altında başqasının dəsti-xəttini görürdü. İndi Üzüqara Əbülfəsin obyektini vurublar deyə Fazilab kişiləşib. Niyə iyirmi gün bundan qabaq belə xoruzlanmırdın? Hamı ağzına su alıb susub oturur, elə ki, DTX bir yeri basır, bunlar da başlayıb kişiləşirlər. Belə kişisinizsə DTX-dən əvvəl siz basqın edib ifşa edin, onda xalq sizə inanar. 

Bunlar ona görə DTX-dan əvvəl xoruzlana bilmirlər ki, qorxurlar banları çox yuxarılara, GÖZLƏRİNƏ GİRDİKLƏRİ adamlara çatar, onlar da bunların banlarını birdəfəlik kəsərlər, qulaqlarından tutub atarlar sirkdən bayıra. Ona görə də vurulandan sonra çıxıb deyir ki, dağıdılanların arxasında onun dəsti-xəttini hökmən görəcəksiniz.


176 بازدید
در حال ارسال اطلاعات...