Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2020

Milliliyini itirən, dinini unudanların şurasınamı çevrilirsiniz?

Özlərini Milli Şura adlandıran, ölkənin ana müxalifəti hesab edilən təsisatın təəssüflər olsun ki, əxlaqsızlığa legitimlik vermək istədiyinin şahidi olduq. Özü də bu elə bir gündə baş verdi ki, millət, müsəlman xalq özünün mübarək Ramazan ayını yaşayır, mübarək Qədr gecələrindən bəhrələnməyə çalışırdı.

Belə bir nurani gecələrdə, bütün günah və naqisliklərindən ötrü tövbə etmək əvəzinə, müsəlman xalqın içindən çıxıb özünü müsəlman xalqın müxalifəti adlandıran insanlar əxlaqsız insanların, üzdəniraqların əxlaqsızlığını müsbət dəyərləndirir, bunu bir haqq kimi tanıyırlar.

Bəs nə üçün adınızı Milli Şura qoymusunuz? Yoxsa milliliyinizi itirir, dininizi unutmusunuz? Siz unutmusunuzsa xalqa da unutdurmağa çalışırsınız? Yoxsa siz də mövcud hakimiyyətin çirkin planlarına alət olmusunuz? Yoxsa əslində siz milli deyilsiniz? Axı bu qələtləri siz ABŞ-dakı himayədarlarınızı razı salmaqdan ötrü edirsiniz. Əgər əxalqsızlığın himayədarı olan ABŞ sizə bundan ötrü dəstək verəcəyini deyibsə, siz onun dəstəyini itirməmək üçün bu əxlaqsızlığa gedirsinizsə ondansa istefa verin. Milli Şuranı buraxın. 60-70 yaşınızda özünüzü rüsvay etməyin. Siz bu ağılla, bu əxlaqsızlıqla xalqın liderimi olmaq istəyirsiniz? Onsuz da xalq sizi bundan sonra dəstəkləməyəcək. İndiyədək qazandığınız rəğbəti daha çox itirəcəksiniz. İndiyədək hakimiyyətin sizə dediyi sözləri bu alçaq hərəkətlə təsdiq etmiş olacaqsınız.
Ona görə də bu əxlaqsızlığa etiraz edir, tezliklə bu qələti düzəltmələrini və tövbə edib, Allahdan və müsəlman xalqdan üzr istəmələrini tələb edirik.


91 بازدید
در حال ارسال اطلاعات...