Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyul 2016

AĞA CAN, GƏL! - Şeir

Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.


Rəhm olunmur uşağa, həm qocaya biçarə,
Yox olub insanlıq, qəlbi çoxluğun qarə.
Zülm edir zalimlər indi daha aşkarə,
Dolub haqq əhli ilə xərabə zindanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Bürüyüb hər tərəfi ibni Ziyad, Şimrü, Yəzid,
Yoxdu başqa işləri, işləri olmaq bizə zidd.
Fitnə əhlidir hər tərəf, bir tərəfdən də İŞİD,
Yerinə gəldi Obama, getdi Reyqanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Fərqi yoxdur baxasan dindarına, baqqalına,
Baş kəsir utanmadan, baxmayaraq saqqalına.
Adı müslim, özüsə quldu haham çaqqalına,
Lənət olsun, yerə girsin bu ərdoğanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Yırtıcı vəhşilər ilə dolub hər yanda sürü,
Nə cür alçaq istəsən, var onların cürbəcürü.
Dini rəhbər eyliyiblər xaini, naşükürü,
Bəndə olmaq suçumuz, hər gün axır qanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Bunlara xor görünür məscidimiz, minbərimiz,
Ox olub gözlərinə Xamenei Rəhbərimiz.
Onu vəsf eyləyib əvvəl, hələ Peyğəmbərimiz,
Düşmən aciz, nə qədər var belə insanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Yenə Şamda vurulur nizələrə başlarımız,
Neçə körpə Əliəsgər, bacı-qardaşlarımız.
Ağacan, gəl daha artıq bitə göz yaşlarımız,
Analar nalə edir, artmada nalanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Dinimiz həbs olunub, hicab olubdur qadağan,
İslamın düşməni artmış, hamısı haqqı boğan.
Adlara baxanda təəccüb eləmə, kimdi doğan?
Hindələr ciyər yeyənlərdi bu nadanlarımız,
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Bəni-Abbas, Əməvi, indi də qərb caniləri,
Nə qədər çirkin əməl varsa onun baniləri.
Tələ qurmaqla şəhid eylədilər Haniləri,
Bunların fitnəsinə uyubdu üryanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Tarixin yaddaşına baxsaq əgər onları biz,
Zəlil olmuş görürük çox belə fironları biz.
Əzaba düçar olan insanı, milyonları biz,
Nifrin olunur onlara, lənətlənir Hamanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Allaha qarşı çıxan, sonda zəlil olmalıdır,
Cəhənnəm əhli olan Cəhənnəmə dolmalıdır.
Allahın vədəsi əlbəttə ki, doğrulmalıdır,
Gələcək vədəsi haqq, çatmada o anlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Alınar bir gün Hüseynin və şəhidlər qisası,
Görərik kim tutacaqdır o zamanlarda yası?
Köməyə gəlsə də hətta babası, əmri ası,
Olacaq məğlub o vaxt hər cürə şeytanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.

Sərdarın yox dəyəri, qurban ola canım Ağa,
Ürəyim canım Ağa, ey İmam Zamanım Ağa.
Gəl əlin çək başıma, ta gedə nöqsanım Ağa!
Bizi məhv eyləmədə mühitlə, nöqsanlarımız.
Ağa can, gəl daha artıq sıxılır canlarımız,
Günü-gündən çoxalıb artmada süfyanlarımız.


5400 dəfə baxılıb
در حال ارسال اطلاعات...