Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2017

Eşq məktəbi Kərbəla

İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla,
Yol, Әhli-beyt yoludur, gərək yox başqa yola.

Bu cəbhənin əsgəri körpə uşaqlardılar,
Sərbazı yaşlı, xəstə, öndə gedən qadınlar.
Әyilmədi düşmənə, verdi qolun Ələmdar ,
Ta ki, yaşaya İslam, insanlıq diri qala.
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla,
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.


İzzət daim yaşayar, izzət daim qalandır.
Zalım haqq libasını geysə də bil, yalandır!
Haqq yolunda ölənlər bil, qələbə çalandır !
İnsan satmaz vicdanın mala, dövlətə, pula,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Mən Fatimə oğluyam, qoy eşidilsin səsim,
Bir ləşkərə bərabər, var qardaşım Əbbasım.
Müctəba yadigarı, qardaşım oğlu Qasim,
Neçə-neçə igidim var bundan başqa əla,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Var ağ-qara dərili, ağası, qulamı da,
Görünür qardaşlığın nişanəsi hamıda.
Şadlıq içindədirlər Tasua axşamı da,
Qatıblar sözlərini şirin şəkərə, bala,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Dostdan ayrılıq qəmi, yarə qovuşmaq dəmi,
Allah ilə münacat, zikr olmuş həmdəmi.
Gecə qaranlığında təsbih sarmış aləmi,
Qəlbdə ilahi sevgi, başqa şey yoxdur əsla,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Hamı bir-bir qovuşur sevinclə məşuquna,
Aləm də heyran buna, mələk də heyran buna.
Düşmənsə min sifətli, girirlər dondan-dona,
Bilmirlər ki, gözləyir onları nə cür bəla,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Bir tərəfdə müqəddəs, ilahi şəxsiyyətlər ,
Bir tərəfdə şeytani, qudurmuş quduz itlər.
Bir yanda Həzrət Hüseyn, bir tərəfdə yəzidlər,
Bir tərəfdə haqq əhli, digəri girib rola,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Züheyr ibni Qeyn, Müslüm ibni Məzahir,
Hamı İmama sadiq, hamı insani mahir .
Bir-birinə mehriban, meydanda yaralı şir,
Vurur qılıncın sağa, vurur qılıncın sola,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Gedir meydana sarı biri şibhi Peyəmbər ,
Hamının sevimlisi, gözəl Әliyyi Әkbər.
Alqış söyləyir ona yerdə-göydə mələklər ,
Tikə-tikə doğranır, amma qayıtmır dala,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

İsti hərarətindən yanır körpə balalar ,
Bunu görəndə Abbas, necə saralıb solar?
Daha dözə bilməyir, deyir: "Qardaş nə olar"
İcazə ver meydana tərəf düzəlim yola",
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Fəda etdi canını sevdiyi qardaşına,
Ox gözünə sancıldı , əmud dəydi başına.
Qardaşın xatırladı qərq oldu göz yaşına,
Zikr etdi Əhli-beyti , baxmadı kəsik qola,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Gəldi Hüseyn aparsın qardaşın xeymələrə,
Abbas razı olmadı, başın dikərək yerə.
Nə desin Rüqəyyəyə , nə desin gəlinlərə?
Qeyrəti yol vermədi baxa gəlinə, dula,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Qayıtdı xeymələrə İmam köməksiz, yalqız,
Dedi belim sınıbdır, hər tərəfim imansız.
Qalmadı bir köməkçim, əsir qalır gəlin, qız,
Baxdı susuz səhraya, baxdı qurumuş kola,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Vida etdi hamıyla, ayrıldı Zeynəbindən,
Nazlı Rüqəyyəsindən, vəfalı ailəsindən.
Heyhatə minnəzzillə cavab gəldi səsindən,
Hüseyn daima qalib, Hüseyn alınmaz qala,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Kərbəla qəmli dastan, Kərbəla göz yaşları,
Vuruldu nizələrə ən üstün mərd başları.
Xeymələr yanan zaman hardaydı qardaşları?
Zeynəbin halına bax, bax o, çarəsiz qula!
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Kiçik Ruqəyyə edir moizə sərt düşməni,
Xatırladır Qurandan, surədən bir hsisəni:
"Yetimi vurmaq olmaz, əgər vurarsan məni,
Gözləyir Cəhənnəmdə atəşlə dolu çala,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Zeynəb oda atılır, getməsin aradan din,
Qalıb atəş içində İmam Zeynülabidin.
Heç yox imiş vicdanı yəzidin, ömər sədin,
Satdılar vicdanların dünyaya görə mala,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Әtəkləri yanaraq qaçır çölə qız-gəlin,
Bu mənzərə sındırar hər bir insanın belin.
Hamı əlacsız, məzlum, yox uzadan bir əlin,
Zeynəb deyir: "Ya Cədda", Rübab deyir: "Va Veyla",
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Gördülər qumun üstə şəhidlər cənazəsin,
Heç kəs şivən qoparmır, həzin çıxarır səsin.
Zeynəbin dərdi böyük, ucaltmayır naləsin ,
Ürək dözmür bu hala, sönmək istər az qala,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Başsız, yaralı bədən oxlar altda qalıbdır,
Paltar da yox əynində, zalım düşmən çalıbdır.
Bu acı mənzərədən Zeynəb qəmə dalıbdır,
Deyir: "Kaş mən öləydim əvəzinə nə ola",
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.

Bacı-qardaş canıyla haqqı yetirdi bizə,
Verdi gözəllik bizim, mənasız ömrümüzə.
Heç bir düşmən çıxanmaz Hüseynlə önümüzə,
Örnək oldu hamıya, Sərdar təki yoxsula,
İzzət, qeyrət dastanı, eşq məktəbi Kərbəla.
Yol Әhli-beyt yoludur, gərək yox başqa yola.


3860 dəfə baxılıb
در حال ارسال اطلاعات...