Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Oktyabr 2017

Zeynəb (sə) - Şeir

Ey Heydəri - Kərrar, iftixarı Zeynəb!
Oldun atanın zinəti, həm vuqarı Zeynəb!

İnsan hələ heyrətdədi bu cürətə Səndə,
Bu qüdrəti gördükdə zərif, kövrək ruhda.
Heyrandı buna mərdi, hamı, əhli zənən də,
Dillərdədi qəhrəmanlığın şüarı, Zeynəb!

Peyğəmbəri-Әkrəmin gülü, Bətul nişanı,
Sənsən Әhli-beytin izzəti, şövkəti, şanı.
Abbasın, Həsəneynin bacısı, arxa duranı,
Oldu Sənlə Cənnət, Kərbəla diyarı Zeynəb!

Ey nitqi ilə düşmənə zərbə vuran aşiq!
Yüz min qabağında qolu bağlı duran aşıq.
Bu halın ilə düşməni etdin viran aşıq,
Çəkdin əməvi qəlbinə dağ, qubarı Zeynəb!

Allah Səni layiq bu işə bildi, fəqət sən,
Qardaş qanını qorumağın oldu vəzifən.
İman gücünün təsirini görəndə düşmən,
Getdi aradan qüruru, etibarı, Zeynəb !

Qol bağlamaq ilə əsir olmaz azad insan,
İsbat elədin aləmə, vardır buna imkan.
Aşiqlər üçün hətta məşəqqət də gülüstan,
Aşiqlərinin var Sənə intizarı, Zeynəb !

Ey dərdli xanım, qəmli müsibətlər anası,
O xütbələrinlə bu dinin qaldı binası.
Sənlə əməvi hökümətin çatdı fənasi,
Sən eylədin İslamın başın yuxarı, Zeynəb!

Vardır əməvi fikrinə sahib yenə qanmaz,
Adlar dəyişib, fikri həməndir, adı bin Bazz.
Lakin Hüseyn məktəbinə qarşı duranmaz,
Çünki Hüseyn məktəbinin meyarı, Zeynəb!

Ölməkdə olan İslama verdiz təzədən can,
Getdi aradan fitnəyi şərr, fitnəyi Süfyan.
Çaldı qələbə qılınclara haqq tökülən qan,
Sənsən bəzəyən şerimi, misraları, Zeynəb!

Varsa Hüseyn məktəbi, məğlubdu yəzidlər,
Məğlubdu yəhud, həm nökəri, hər cür "İŞİD" lər.
Gər olmasaydı Kərbəla, puçdu ümidlər,
Sərdar, bizə göstərdi yolu, asarı Zeynəb!


1960 dəfə baxılıb
در حال ارسال اطلاعات...