Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2018

Ölüm olsun Tağutlara!

Çün Hüseynin məktəbindən bəhrələnmişdir dinləri,
Ölüm olmuş tağutlara, qorxudanmır möminləri.


Zeynəb bizim baş tacımız, Hüseyn bizim göz nurumuz,
Kərbəladan ibrət almış, ilham almış qürurumuz.
Zühur dövrü başlanmışdır, dəyişmişdir şüurumuz,
Məhv olacaq batil əhli, bütün dünya xainləri.
Çün Hüseynin məktəbindən bəhrələnmişdir dinləri,
Ölüm olmuş tağutlara, qorxudanmır möminləri.


Bu məktəbin Zeynəbi var, Hüseyn, Abbas şüarıdır,
Zaman - zaman qurban vermiş, şəhidlər iftixarıdır.
Haqqa dönüş zamanıdır, İslamın bu baharıdır,
Zalımlar düşmüş qorxuya, möminlərə var kinləri.
Çün Hüseynin məktəbindən bəhrələnmişdir dinləri,
Ölüm olmuş tağutlara, qorxudanmır möminləri.


Yəzidlər bəd güman oldu, Hadiseyi Nardaran oldu,
Axdı günahsız qanları, mömin gülləbaran oldu.
Sehyonistin, nökərlərin qəlb evləri viran oldu,
Bir gün bəşər məhkum edər zalimləri, xainləri.
Çün Hüseynin məktəbindən bəhrələnmişdir dinləri,
Ölüm olmuş tağutlara, qorxudanmır möminləri.


Zəmanənin Yəzid, Şimri, şəhid etdi Baqir Nimri,
Zəkzakinin, Mövsümlərin haqq səsi tutmuş hər yeri.
Vədə vermişdir Yaradan, Haqq məhv edər batil, şəri,
Batil əhli məhvə məhkum, kömək etsə də cinləri.
Çün Hüseynin məktəbindən bəhrələnmişdir dinləri,
Ölüm olmuş tağutlara, qorxudanmır möminləri.


Bilsin kafir, həm münafiq, son aqibət bizimkidir,
Yaranmış dünya möminə, həm Axirət bizimkidir.
Tez çatar zillət zalimə, görər izzət bizimkidir,
Qüds, Qarabağ bizimkidir, qoy çatlasın beyinləri.
Çün Hüseynin məktəbindən bəhrələnmişdir dinləri,
Ölüm olmuş tağutlara, qorxudanmır möminləri.


Aləm Haqq üzərindədir, haqq səsin susdurmaq olmaz,
Ona qara yaxmaq olmaz, qarşısında durmaq olmaz.
Ona qarşı tədbir tökmək, minbir hiylə qurmaq olmaz,
Xatırlat Sərdar, sal yada, Allah bilir batinləri.
Çün Hüseynin məktəbindən bəhrələnmişdir dinləri,
Ölüm olmuş tağutlara, qorxudanmır möminləri.


370 dəfə baxılıb
در حال ارسال اطلاعات...