Şrift ölçüsü:
A+
A
A-
Kr
23 May 2019

SÜNNİ ALİMİNİN HAQQ SÖZLƏRİ

Uca və Qüdrətli Allahın adı ilə

Bildiyiniz kimi Misirdə yerləşən “Əl-Əzhər” Universiteti, İslam dünyasının qədim Universitetlərindən biri sayılır. Artıq 1000 ildən çoxdur ki, bu Universitet, İslam elmlərini öyrənmək və tədris etməklə yanaşı müsəlman dünyasının elm, din və mədəniyyət mərkəzi olaraq qalır.
2003-2010 illərdə “Əl-Əzhər”in müdiri olmuş və hal-hazırda sünni aləminin böyük alimlərindən sayılan doktor Əhməd Tayyib, Misir şəbəkələrindən birinə müsahibə vermişdir. Həmin müsahibənin tərcüməsini nəzərinizə çatdırırıq:
Müxbir: Sizin fikrinizcə şiə əqidəsində müşkül yoxdur?
Şeyx Tayyib: Xeyr, nə müşkül ola bilər ki? 50 il bundan öncə şeyx Şəltut, şiə məktəbini digər dörd məzhəb kimi İslamın beşinci məzhəbi kimi tanıtdırmış və buna dair fətva vermişdir.
Müxbir: Bizim övladlarımız hal-hazırda şiə olmağa meyl edirlər. Bunun qarşısını almaq üçün biz nə etməliyik?

Şeyx Tayyib: Lap yaxşı, bunun nə eybi var ki? Məgər kimsə Hənəfi, yaxud Maliki məzhəbindən başqa bir məzhəbə keçsə, buna görə biz ona nöqsanmı tuturuq?! Onlar da bu dörd məzhəbdən ayrılıb beşinci məzhəbə üz tuturlar.
Müxbir: Şiələr hal-hazırda bizimlə qohumluq əlaqəsi yaradır və bizim övladlarımızla ailə qururlar. (Bu əməl xətərli deyilmi?)
Şeyx Tayyib: Bunun heç bir manesi yoxdur və məzhəblər arasında belə evlilik icazəlidir.
Müxbir: Deyirlər ki, şiələrin Quranı fərqlidir.
Şeyx Tayyib: Bu - qoca qarıların söylədiyi xurafatdır. Şiələrin Quranı ilə bizim Quranın heç bir fərqi yoxdur və hətta Onun xətti bizim Quranın xətti ilə eynidir.
Müxbir: 23 ruhani alim bir ölkədən (Ərəbistan) fətva veriblər ki, şiələr kafir və rafizidirlər.
Şeyx Tayyib: Müsəlman dünyası üçün yalnız “Əl-Əzhər” Universiteti fətva verə bilər və məhz bu fətva mötəbərdir. Başqa ölkələrin fətvasının isə heç bir etibarı yoxdur.
Müxbir: Bəs onda şiə və sünni arasında olan bu ixtilafların səbəbi nədir?
Şeyx Tayyib: Bu, xarici siyasətin törətdiyi ixtilaflardır. Bununla şiə və sunni arasında fitnə yaratmaq istəyirlər. 

Müxbir: Mənim sizə ciddi bir sualım var. Şiələr, Əbu Bəkr və Öməri qəbul etmirlər. Siz necə deyə bilərsiz ki, onlar müsəlmandırlar?!
Şeyx Tayyib: Düzdür, onlar qəbul etmirlər. Lakin (deyin görək) Əbu Bəkr və Ömərə etiqad bəsləmək, İslam dininin üsullarından sayılır? Əbu Bəkr və Ömərin əhvalatı bir tarixi faktdır. Tarixin isə etiqad məsələsilə heç bir rabitəsi yoxdur.
Müxbir: Şiələrin bir iradı var. Deyirlər ki, onların İmam Zamanı min ildən çoxdur ki, diridir.
Şeyx Tayyib: Burda nə var ki? Bu mümkündür. Niyə də mümkün olmasın?! Amma bizim buna etiqad etməyimizə ehtiyacımız yoxdur.
Müxbir: Səkkiz yaşlı bir uşağın İmam olması mümkündürmü? Şiələr səkkiz yaşlı bir uşağın İmam olmasına inanırlar.
Şeyx Tayyib: Bir körpə (Həzrət İsa) beşikdə Peyğəmbər olursa, səkkiz yaşlı uşağın da İmam olması təəccüblü deyil. Biz (sünnilər) şiələrin bu əqidəsini qəbul etməsək də, bu mövzu İslama heç bir zərər yetirmir və onlar müsəlmandırlar. 

----------------------

Bu müsahibədən sonra İranın “Elm və Sənət” Universitetinin müəllimi doktor Şucayi belə deyir: Bu müsahibədən çox təsirləndim və şeyx Tayyibə öz təşəkkürümü bildirmək istədim. Ona zəng edib dedim: Siz bu müsahibənizlə şiələri ən yüksək dərəcədə müdafiə etdiniz. Bəlkə də sizin yerinizə bir şiə ruhanisi olsaydı, belə müdafiə edə bilməzdi. Siz hətta Əbu Bəkr və Öməri belə İslam əqidəsindən ayırdınız.
Şeyx Tayyibin cavabı: Ayətullah Xameneyinin Amerikanın qarşısında möhkəm dayanmasını, həmçinin nüvə enerjisi məsələsində Amerikanı diz çöküb oturtmasını, digər tərəfdən seyyid Həsən Nəsrullahın və “Hizbullah”ın sionist rejiminə 33 gün ərzində qələbə çalmasını müşahidə etdikdə, bütün bunların İslamın iftixarı olduğunu başa düşdüm. Amerika və onun dostları, şiələrin ifratçı bir məzhəb olduğunu dünyaya yaymaqla bunu çatdırmaq istəyirlər: Şiələr müsəlman deyil və onlar rafizidirlər.
Onlar şiələrdə olan iftixarı İslam dünyasından uzaqlaşdırmaq və yox etmək istəyirlər. Bizim cavanlar bu iftixarın İslama aid olduğunu bilsinlər deyə, televiziya vasitəsilə səkkiz proqram icra etməklə bunu demək istədim: Şiə müsəlmandır. Onun bizimlə heç bir fərqi yoxdur və o, İslam məzhəblərindən biridir!


Mənbə:
http://rasadfekr.blog.ir/post/%D8%B4%DB%8C%D8%B9%D9%87-%D9%88-%D8%B3%D9%86%DB%8C-%D8%AF%D8%B1-%D8%B4%D8%A8%DA%A9%D9%87-%D9%86%DB%8C%D9%84-%D9%85%D8%B5%D8%B1-%DA%A9%D9%87-%D8%A8%D8%B3%DB%8C%D8%A7%D8%B1-%D8%AC%D8%A7%D9%84%D8%A8%D9%87-%D9%88%D8%B4%D9%86%DB%8C%D8%AF%D9%86%DB%8C-%D9%85%D8%B5%D8%A7%D8%AD%D8%A8%D9%87-%D8%AF%DA%A9%D8%AA%D8%B1-%D8%A7%D8%AD%D9%85%D8%AF-%D8%B7%DB%8C%D8%A8-%D8%B1%DB%8C%DB%8C%D8%B3-%D8%A7%D9%84%D8%A7%D8%B2%D9%87%D8%B1


263 dəfə baxılıb
در حال ارسال اطلاعات...