Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2020

Böyük Sərdar - Şeir

"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Şəhadət arzusuyla döyüşürdü o bəndə,
Suriyada, İraqda, Fələstində, Yəməndə,
Vahiməyə düşərdi düşmən, adı gələndə,
Tülkü kimi Aslanın qarşıda əğyarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Həsr elədi həyatın, düşmənlər ilə hərbə,
Yəhud düşdü qorxuya, göz dağı idi Qərbə,
"İŞİD" cəlladlarına vurdu tutarlı zərbə,
Gördülər ki, məzlumun güclü tərəfdarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Tək başına düşmənə bənzəri ləşkər kimi,
Bir ümmətə tay idi, sanma bir əsgər kimi,
Həzrət Əbəlfəzl kimi, Maliki Əştər kimi,
Şanlı olan Rəhbərin, şanlı Sipəhdarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Sözdə, əməldə sadiq, hər ikisi eynidir,
İnqilab fədaisi, aşiqi Xomeynidir,
Qasimi Süleymani, Qasimi Hüseynidir,
Allahın Aslanıtək, Heydəri Kərrarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

"Varmı bir kömək edən" səsinə verdi cavab,
Qasimin zərbəsinə düşmən gətirmədi tab,
Müqavimət cəbhəsi, Hüseyni bir inqilab,
Enməz Hüseyn pərçəmi, hər vaxt Ələmdarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Qasimlər yetişdirən bir məktəbdir, bu məktəb,
Ona rövnəq veribdir, Hüseyn bacısı Zeynəb,
Qarşısında acizdir, milyonlar "Əbu-Ləhəb",
Hər dövrün "Əbu-Cəhli", hər dövrün Əmmarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Şəhidlik qazanılmaz, insan olmasa muxlis,
Çoxlu nümunələrdən,Əbu Məhdi Mühəndis,
Qiyamətədək davam eyləyəcəkdir bu irs,
Çünki, hər bir zamanda "Əhli-Beyt" dostları var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Gedən şəhiddir, qalar şəhidlik ruhiyyəsi,
Şəhidlər diridirlər, deyir Quran ayəsi,
Allah yolunda ölmək müsəlmanın qayəsi,
Arzu edər Allahdan, buna intizarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Qoy eşitsin "Tramplar", qudurmuş Sionistlər,
Adı müsəlman olan münafiqlər, xəbislər,
Haqqa qarşı çıxanlar, nəfsinə qul hərislər,
Kafirlərin qarşıda, böyük ahu-zarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

İmam Sadiq demişkən: "Şükr olsun Pərvərdigar!
Axmaqları veribsən, bizlərə düşmən qərar!"
Od və əzab bəxş edər, onlara bu ruzigar,
Özləritək korların, zəlil pərəstarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.

Ən alçaq insanlara, dünya olub giriftar,
Lakin, Müqavimət var, gələr bir gün Xilaskar,
Mömin dağ misalıdır, kafir köpükdü, Sərdar!
Batil pərakəndədir, haqqınsa meyarı var,
"Heyhatə minnəz-zillə" Kərbəla şüarı var,
Qasim Süleymani tək, Hüseynin ənsarı var.





1174 dəfə baxılıb
در حال ارسال اطلاعات...